Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı |
Mojo.az Avto
Mojo.az Avto

"Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında

26.11.2026 17:11 204
Bakıda fəaliyyət göstərən “Mangal Steak House” restoranın təsisçisi Azər Zelmxan oğlu Əsgərova qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Amus-Təbrizi Vüsalın cinayət işi üzrə məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, “Mangal Steak House”un təsisçisi Azər Əsgərov 1986-cı il təvəllüdlü Amus-Təbrizi Vüsalı tanışı Elnarə Təhmazovaya sürücü vəzifəsinə təyin edib. Sonradan tanışının gündəlik məişət və avtomobillə bağlı zəruri xərclərinin restoranın kassasından qarşılanması barədə təqsirləndirilən şəxsə tapşırıq verilib.

İstintaq materiallarına əsasən, 2023-cü ilin sentyabr ayından 2025-ci ilin oktyabr ayınadək müxtəlif vaxtlarda kassadan hissə-hissə, ümumilikdə 266 min 457 manat 65 qəpik pul götürülüb.

İttihama görə, həmin məbləğin 79 min 879 manat 46 qəpiyi təyinatı üzrə istifadə edilsə də, qalan 186 min 578 manat 19 qəpik vahid niyyətlə və aldatma yolu ilə ələ keçirilib. Nəticədə zərərçəkmiş Azər Əsgərova külli miqdarda maddi ziyan vurulub.

Bununla da Vüsal Amus-Təbriziyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Vüsal Amus-Təbrizi ona qarşı elan edilən ittihamla özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.
//unikal.az

Son xəbərlər