Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat

26.11.2026 12:14 30
YENİLƏNİB İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat
İsmayıllı rayonunda 28 yaşlı kişinin bıçaqlanmasının təfərrüatı məlum olub.

Hadisə noyabrın 26-da gecə saatlarında kafedə hesab ödənilməsi üstündə yaranıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov tanışı, 2003-cü il təvəllüdlü Musa Xəlilli ilə birlikdə şəhər ərazisindəki kafelərdən birinə gedərək, orada pivə sifariş veriblər. Dostlar bir neçə bakal pivə içəndən sonra hesabı ödəməyə görə mübahisə ediblər. Narazılıq davaya çevrilib və nəticədə M.Xəlillinin A.İsmayılovu bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

İsmayıllıda 28 yaşlı kişi bıçaqlanıb.


Hadisə noyabrın 26-sı gecə saatlarında şəhər ərazisində baş verib.

1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az

Son xəbərlər