Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır
"Azərbaycanda xroniki miyeloid leykoza (XML) daha çox Abşeron-Bakı-Sumqayıt istiqamətində rast gəlinir".
Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki miyeloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını təqdim edərkən deyib.
Mərkəz nümayəndəsi bu statistikanın səbəblərini belə izah edib:
"Xəritədə təqdim olunan göstəricilər regionlar üzrə qeydə alınmış xəstələrin mütləq sayını əks etdirir. Bunlar əhali sayına standartlaşdırılmış insidens göstəriciləri deyil.
Bu konsentrasiyanın bir neçə mümkün izahı var: əhali sıxlığı, diaqnostik xidmətlərin mərkəzləşdirilməsi və ixtisaslaşdırılmış tibbi yardıma çıxış imkanları.
Sənaye və neft-kimya amillərinin mümkün rolu da elmi baxımdan maraqlı hipotezdir. Lakin mövcud məlumatlar əsasında səbəb-nəticə əlaqəsi haqqında danışmaq düzgün olmazdı.
Bu istiqamət ayrıca epidemioloji tədqiqatların aparılmasını tələb edir".
//oxu.az