Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi

26.11.2026 11:31 111
Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi
Yevlaxda övladlarına aliment ödəməyən qadın məhkum edilib.

Hadisə rayonun Aran qəsəbəsində baş verib.

Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib. O, bir müddətdən sonra həyat yoldaşından ayrılıb və uşaqlar atanın himayəsində qalıb. Həmin vaxtdan etibarən hər uşağın yetkinlik yaşına çatdırılması üçün qadından 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutulması müəyyən edilib. Lakin ana məhkəmə qərarını icra etməyib və aliment ödəməkdən yayınıb. Bundan sonra ata hüquq mühafizə orqanlarına müraciət edib, faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə istintaqı dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb. Məhkəmənin hökmü ilə qadına 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
//oxu.az

Son xəbərlər