Mojo.az Banner
23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |     22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |     22:06 Bu yağları alarkən diqqətli olun  |     21:58 Gəncədə toyda dava: Xəsarət alan var  |     21:50 İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb  |     21:42 Nepalda üç yaşlı qızın qətli kütləvi etirazlara səbəb oldu - VİDEO  |     21:33 Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO  |     21:26 İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib - FOTO  |     21:18 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO  |     21:11 53 yaşlı kişi qətlə yetirilib  |     21:00 Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi  |     20:46 Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"  |     20:38 Novxanıda avtomobil marketə çırpılıb - VİDEO  |     20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |    
Left Banner
Right Banner

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

24.08.2026 18:03 147
Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ
Bakıda üç azyaşlı uşağına aliment ödəməyən kişi həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 1993-cü il təvəllüdlü Cahid Bəbirov (ad və soyad şərtidir) 2018-ci ildə ailə həyatı qurub. Ailənin birgə nikahdan 3 övladı dünyaya gəlib. Bir müddətdən sonra ailədə mübahisələr yaranıb və Cavid qadından boşanmaq qərarı verib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə cütlük arasındakı nikah pozulub, 3 uşağa görə ataya 500 manat aliment təyin edilib. Lakin ata alimenti verməyib, aliment borcu 11 min 800 manata çatıb.

Məsələ ilə bağlı qadın məhkəməyə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Cahid saxlanılıb, onun barəsində cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə C.Bəbirov 9 ay azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner