Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı

23.10.2026 22:25 270
Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı
Saçların nəzərəçarpacaq dərəcədə seyrəlməsi və topa halında tökülməsi orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər.

Median.Az
xəbər verir ki, trixoloq, kosmetoloq və plastik cərrah Madina Osman saç tökülməsinin normadan artıq olduğunu göstərən əsas əlamətləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, gün ərzində 50-100 saç telinin tökülməsi normal hesab olunur. Lakin daraqda, yastıqda və çimərkən su axacağında saçların miqdarının nəzərəçarpacaq dərəcədə artması diqqətdən kənarda qalmamalıdır.

Saç ayrımının genişlənməsi, baş dərisinin daha çox görünməsi, saçların nazikləşməsi və kövrəkləşməsi də narahatlıq doğuran əlamətlər sırasındadır.

Madina Osman bildirib ki, xroniki stress saçların böyümə dövrünü poza və tökülməni sürətləndirə bilər. Bu səbəbdən yuxu rejiminin normallaşdırılması, fiziki aktivlik və stressin azaldılması vacibdir.

Saçların sağlamlığını qorumaq üçün qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Rasionda zülal, dəmir, sink və vitaminlərlə zəngin qidaların olması əhəmiyyət daşıyır. Eyni zamanda, fen və saç ütüsü kimi yüksək temperatur yaradan cihazlardan həddindən artıq istifadə etməmək, saçlara zərif qulluq göstərmək tövsiyə olunur.

Mütəxəssis belə hallarda trixoloqa müraciət etməyi məsləhət görür. Zərurət yarandıqda qan analizləri, hormonal müayinələr və saçların vəziyyətini qiymətləndirmək üçün əlavə müayinələr aparıla bilər.

Qeyd edək ki, saçların qəfil və sürətlə tökülməsi, keçəlləşmə sahələrinin yaranması və ya baş dərisində dəyişikliklərin müşahidə olunması zamanı həkimə müraciəti gecikdirmək olmaz. Problemin səbəbini vaxtında müəyyənləşdirmək düzgün müalicənin seçilməsinə kömək edir./baku.ws

Son xəbərlər