Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

27.10.2026 21:18 174
Azərbaycanda
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Bu barədə MKA məlumat yayıb.

İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:

· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki "Bağlı cihazlar" bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.

· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.

· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.

· QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.

· Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. "WhatsApp" və "WhatsApp Business"i yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.

· Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.

· Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə, nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.

Unutmayın ki, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.

Son xəbərlər