“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
"WhatsApp" köhnə əməliyyat sistemi ilə işləyən bəzi telefonlarda istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.
Yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün cihazlarının Android və ya iOS sistemini ən son versiyaya yeniləməlidirlər.
Əgər telefon üçün daha yeni sistem yeniləməsi mövcud deyilsə, "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni cihaz almaq tələb oluna bilər.
Şirkət bu addımı köhnə əməliyyat sistemlərində mövcud olan təhlükəsizlik boşluqlarından sui-istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarının qorunmasını gücləndirmək məqsədilə atıb.
Hazırda hansı əməliyyat sistemi versiyalarının dəqiq şəkildə bloklanacağı açıqlanmayıb. İstifadəçilərə telefonlarının parametrlər bölməsindən sistem yeniləmələrini yoxlamaq tövsiyə olunur.
//sfera.az