Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı

24.11.2026 11:56 210
FOTO Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı
Bakıda İlk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydaları açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, paytaxtda avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Yeni cihazların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bu foto-məlumat vasitəsilə avtobus sürücüləri yeni işıqforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər:
Fotoalbom — 4 foto · redaktə üçün bloku seçib albom düyməsinə basın
Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı
Albomu sil


Son xəbərlər