Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib |
Mojo.az Avto
Mojo.az Avto

Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA

29.10.2026 13:53 744
Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA
Bakıdakı 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəvi hadisəni yerində işıqlandırmağa çalışan “Real TV” əməkdaşlarının təzyiqlə qarşılaşması media mənsublarının təhlükəsizliyi və bu cür əməllərin hüquqi nəticələri mövzusunu bir daha aktuallaşdırıb. Məlumatlara görə, insident zamanı çəkiliş qrupunun operatoru fiziki xəsarətlərə məruz qalıb.

Bəs KİV nümayəndələrinin xidməti vəzifələrini icra etməsinə maneçilik törədilməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi ölkə qanunvericiliyinə əsasən hansı məsuliyyəti şərtləndirir?

Hüquqşünas Şamil Paşayev bu barədə Median.Az-a açıqlama verib.

O qeyd edib ki, bu tip hadisələr cəmiyyətdə aqressiyanın getdikcə artdığını göstərir:
“İnsanlar bir-biri ilə söhbət etmək, problemləri müzakirə yolu ilə həll etmək əvəzinə, dalaşmağa və güc nümayiş etdirməyə meyilli olurlar. Bu isə cəmiyyətdə insanlar arasındakı sosial bağların zəifləməsinə və münasibətlərin pozulmasına gətirib çıxara bilər. Son vaxtlar jurnalistlərin müxtəlif məsələlərdə hədəf göstərilməsinə cəhd edilməsi də insanlarda onlara qarşı aqressiyanın artmasına səbəb ola bilər. Nəticədə jurnalistlərə qarşı bu cür aqressiv davranışlar və zorakılıq halları ilə üzləşmək mümkündür. 225 nömrəli məktəbdə baş verən hadisə isə hər şeydən əvvəl ciddi və utancverici bir hadisədir. Jurnalistin əsas vəzifəsi xəbər toplamaq, informasiya əldə etmək və məlumatı yaymaq azadlığını həyata keçirməkdir. Jurnalist öz fəaliyyətini “Media haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə həyata keçirirsə, onun fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulmamalıdır. Hadisənin görüntülərindən də göründüyü kimi, jurnalistlər, ehtimal ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən fiziki zorakılığa məruz qalıblar. Videodan hər şey tam aydın görünmür. Lakin istintaq zamanı həmin şəxslərin əlində silah qismində istifadə edilən hər hansı alətin olub-olmadığı və bu vasitələrdən istifadə edilib-edilmədiyi müəyyənləşdirilməlidir”.
Hüquqşünas qeyd edib ki, bütün hallar araşdırıldıqdan sonra, çox güman ki, əməl üzrə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət veriləcək:
“Əgər müvafiq əlamətlər müəyyən edilərsə, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlana bilər. Eyni zamanda, zərərçəkənlərə yetirilən xəsarətlərin ağırlıq dərəcəsindən asılı olaraq, digər cinayət əməllərinin də mövcudluğu araşdırıla bilər. Ağır bədən xəsarəti yetirildiyi müəyyən olunarsa, Cinayət Məcəlləsinin 126-cı, az ağır bədən xəsarəti yetirildiyi müəyyən olunarsa, 127-ci maddəsi üzrə də hüquqi qiymətləndirmə aparıla bilər. Müvafiq əsaslar olduqda, şəxslərin bu maddələrlə də cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxıla bilər”.

Son xəbərlər