Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var

28.10.2026 22:21 240
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb.

Median.Az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.

Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə yollanan televiziya əməkdaşları ərazidə hücumla üzləşiblər. Məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət ediblər. Hadisə ilə əlaqədar polis əməkdaşları araşdırmalara başlayıb. Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Son xəbərlər