Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“Sabah” səfərdə “Turan Tovuz”a uduzdu

30.10.2026 22:20 213
“Sabah” səfərdə “Turan Tovuz”a uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Açılış matçında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”la üz-üzə gəlib.

Tovuz şəhər stadionunda keçirilən görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Enrike Silva 28-ci, Joralem Santos isə 30 və 37-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar. “Sabah”ın heyətində Coy Lens Mikels 70-ci, Ksander Severina isə 87-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra ehtiyatda bir oyunu qalan “Sabah” 20 xalla turnir cədvəlinin lideridir. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncü pillədə qərarlaşıb.

Son xəbərlər