Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - Video
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Dadaşzadə saxlanılıb.
Araşdırma zamanı onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olduğu, özünün isə heç vaxt hər hansı hüquq-mühafizə orqanında işləmədiyi müəyyən edilib.
Onun barəsində müvafiq məsuliyyət tədbirləri görülür.