Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı

05.11.2026 11:59 198
Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı
Qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb, müttəhimin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti isə qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilib. Kəsirə Cəfərovanın təqsirli bilindiyi CM-in 126.3-cü maddəsi ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.

Belə ki, Kəsirə Cəfərova fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman mətbəxin yaxınlığındakı otaqda üç azyaşlı uşağının səs-küy saldığını eşidərək həmin otağa keçib.

Otaqda əri Vüsal Cəfərov və uşaqları döşəməyə sərilmiş süfrə arxasında səhər yeməyi yeyirmişlər. Təqsirləndirilən şəxs uşaqların nadinclik etdiyini, lakin həyat yoldaşının buna laqeyd yanaşdığını görərək ona irad bildirib.

Qadının məhkəmədə verdiyi ifadəsinə görə, bütün ev işlərinin, uşaqların tərbiyəsinin və qayğısının yalnız öz üzərində qalması, üstəlik fiziki qüsurlu olan iki övladının müalicəsi ilə təkbaşına məşğul olması uzun müddətdir ailədə gərginlik yaradıb.

Kəsirə Cəfərova ərinin ailəyə maddi dəstək vermədiyini, mütəmadi spirtli içki qəbul etdiyini, evə sərxoş qayıdaraq onunla mübahisə etdiyini və zorakılıq göstərdiyini bildirib. Hadisə günü də uşaqların dərmanlarının alınması üçün pul lazım olduğunu desə də, həyat yoldaşı buna etinasız yanaşıb və "bu ay heç nə görməyəcəksən", "get nə bilirsən elə" ifadələrini işlədib.

Məhkəmənin hökmündə qeyd olunub ki, həmin sözlər və uzun müddət davam edən ailədaxili gərginlik nəticəsində təqsirləndirilən şəxs kəskin psixi-emosional gərginlik keçirib. O, əvvəlcə özünə xəsarət yetirmək məqsədilə süfrənin üzərində olan mətbəx bıçağını götürərək özünü öldürəcəyini bildirib.

İstintaqın qənaətinə görə, həmin an ayağa qalxaraq onun üzərinə gələn ərinin hücum edəcəyini düşünən qadın əlindəki bıçaqla kişiyə bir dəfə sinə nahiyəsindən zərbə endirib. Nəticədə döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və diafraqmanı zədələyən ağır deşilmiş-kəsilmiş yara əmələ gəlib. Güclü daxili qanaxma nəticəsində zərərçəkmiş həyatını itirib.

Məhkəmə iclasında Kəsirə Cəfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəsirə Cəfərova 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin gəlini barəsində olan hökmünün dəyişdirilməsini, onun əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsini və Kəsirə Cəfərovanın həbsdən azad olunmasını xahiş edib.

Son xəbərlər