Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ

07.11.2026 22:17 201
Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ
Süni intellekt çatbotlarından sağlamlıqla bağlı məlumat almaq geniş yayılsa da, mütəxəssislər bu sistemlərin yanlış tibbi tövsiyələr verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq ekspertlər qrupu süni intellektdən sağlamlıq məqsədilə təhlükəsiz istifadə üçün yeni təlimat hazırlayıb.

Araşdırmalara görə, ABŞ-də böyüklərin 32 faizi, Böyük Britaniyada isə 43,7 faizi son bir ildə sağlamlıqla bağlı süni intellektə müraciət edib.

2026-cı ildə “Nature Medicine” jurnalında dərc olunan tədqiqatda süni intellekt sistemləri tibbi vəziyyətləri 94,9 faiz hallarda düzgün müəyyənləşdirsə də, adi insanlar həmin çatbotlardan istifadə etdikdə düzgün nəticə göstəricisi 34,5 faizdən aşağı olub.

Digər araşdırmada isə süni intellektin tibbi suallara verdiyi cavabların 5-13 faizində potensial təhlükəli tövsiyələr aşkar edilib.

London Kral Kollecinin sorğusuna əsasən, britaniyalıların 15 faizi həkimə müraciət etmək əvəzinə süni intellektdən məsləhət alıb. Çatbot istifadəçilərinin 21 faizi isə aldıqları cavabların onları həkimə müraciət etməkdən çəkindirdiyini bildirib.

Yeni təlimatda beş əsas qayda tövsiyə olunur:

1. Süni intellektdən istifadə etməzdən əvvəl məqsədinizi müəyyənləşdirin.

2. Suallarınızı dəqiq və aydın şəkildə verin.

3. Şəxsi və tibbi məlumatlarınızı qoruyun.

4. Aldığınız cavabları etibarlı tibbi mənbələrdən yoxlayın.

5. Diaqnoz və müalicə ilə bağlı mütləq həkimlə məsləhətləşin.

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt sağlamlıqla bağlı məlumat əldə etmək üçün faydalı vasitə olsa da, həkim müayinəsini və peşəkar tibbi yardımı əvəz edə bilməz.

Son xəbərlər