Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb |
Mojo.az Avto
Mojo.az Avto

Paket çay içənlərə xəbərdarlıq

07.11.2026 21:45 93
Paket çay içənlərə xəbərdarlıq
Plastik çay paketləri yalnız çayın deyil, həm də mikroplastik, bisfenol A (BPA) və plastifikatorların fincana keçməsinə səbəb ola bilər.

Bu barədə “Nature” jurnalının “npj Science of Food” seriyasında dərc olunan araşdırmada bildirilib.

Tədqiqatçılar plastik paketlərdə dəmlənən çayla yarpaq çayını müqayisə ediblər. Plastik paketlər təxminən 95 dərəcə temperaturda olan suda üç dəqiqə dəmlənib.

Nəticədə bir fincan çayda ölçüsü 100 mikrometrdən böyük 555-2498 mikroplastik hissəcik aşkarlanıb. Onların hamısının paketlərin özündən ayrılan poliamid liflər olduğu müəyyən edilib.

Daha kiçik hissəciklər isə araşdırmaya daxil edilməyib.

Müqayisə üçün qeyd edək ki, yarpaq çayının bir porsiyasında cəmi 0,3-2,4 mikroplastik hissəcik aşkar olunub.

Bundan başqa, plastik paketlərdə dəmlənən bütün çay nümunələrində BPA və plastifikatorlar da müəyyən edilib. BPA hormonal sistemin fəaliyyətinə təsir göstərə bilər.

Araşdırmada hesablanan təsir səviyyələri müəyyən edilmiş risk hədlərindən aşağı olsa da, müəlliflər hamilə qadınlar, uşaqlar və tez-tez paket çay içənlər üçün plastiklə təmasın əlavə yük yarada biləcəyini bildiriblər. Mütəxəssislər plastiklə təması azaltmaq istəyənlərə çayı şüşə, keramika və ya paslanmayan poladdan hazırlanmış dəmlikdə yarpaq şəklində dəmləməyi tövsiyə edirlər. Paket çay seçərkən isə plastik torlu paketlər əvəzinə kağız və ya sellüloz materialdan hazırlananlara üstünlük verilməsi məsləhət görülür./bizimmedia

Son xəbərlər