Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Yaşa görə gündəlik su norması - Elmi tövsiyə

07.11.2026 18:23 192
Yaşa görə gündəlik su norması - Elmi tövsiyə
İnsan orqanizminin gündəlik maye ehtiyacı yaşa, fiziki aktivliyə və bədən quruluşuna görə dəyişir. Mütəxəssislər həm kifayət qədər su içməməyin, həm də qısa müddətdə həddindən artıq maye qəbulunun sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Bu barədə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) elmi tövsiyələrinə istinadən “Hazipatika” nəşri yazıb.

EFSA-nın müəyyən etdiyi normalara əsasən, gündəlik maye ehtiyacı yaş qruplarına görə fərqlənir. Belə ki, 6-12 aylıq körpələr üçün 800-1000 ml, 1-2 yaşlı uşaqlar üçün 1100-1200 ml, 2-3 yaşlılar üçün 1300 ml, 4-8 yaşlı uşaqlar üçün isə 1600 ml maye tövsiyə olunur.

9-13 yaş arası qızların gündəlik maye ehtiyacı 1900 ml, oğlanların isə 2100 ml hesab edilir. 14 yaşdan yuxarı qızlar və qadınlar üçün bu göstərici 2000 ml, oğlanlar və kişilər üçün 2500 ml-dir. Hamilə qadınlara gündə 2300 ml, süd verən analara isə 2700 ml maye qəbul etmək tövsiyə olunur. Altı aya qədər körpələrdə isə hər kiloqram bədən çəkisinə 100-190 ml maye norması nəzərdə tutulur.

Bununla belə, göstərilən rəqəmlər yalnız içilən suyun miqdarı demək deyil. Hesablamalara çay, qəhvə, digər içkilər və qidaların tərkibindəki maye də daxildir. Məsələn, altı aya qədər sağlam körpələrə, ana südü və ya düzgün hazırlanmış süni qida ilə qidalandıqları halda, adətən əlavə su verməyə ehtiyac yoxdur. Altı aydan sonra əlavə qidalara keçidlə birlikdə az miqdarda su da təklif edilə bilər.

Su çatışmazlığının əlamətləri hansılardır?

Mütəxəssislərin fikrincə, orqanizmdə maye çatışmazlığı ilkin mərhələdə susuzluq, ağız quruluğu, baş ağrısı, yorğunluq və başgicəllənmə ilə özünü göstərir. Sidiyin miqdarının azalması və rənginin tündləşməsi də susuzlaşmanın əlamətləri sırasındadır. Ağır hallarda qan dövranı pozula, təzyiq aşağı düşə və böyrəklərin fəaliyyəti təhlükə altına düşə bilər.

Xüsusilə körpələr və yaşlı insanlar susuzlaşma riski ilə daha çox üzləşirlər. Körpələr ehtiyaclarını ifadə edə bilmədikləri, yaşlılarda isə susuzluq hissi zəiflədiyi üçün bu qruplara xüsusi diqqət yetirilməlidir.

Digər tərəfdən, həddindən artıq su içmək də təhlükəlidir. Qısa müddətdə çoxlu maye qəbul edildikdə böyrəklər artıq suyu xaric etməyə çatdırmaya bilər. Nəticədə qanda natriumun səviyyəsi kəskin azalır və hiponatremiya adlanan vəziyyət yaranır. Bu zaman ürəkbulanma, qusma, baş ağrısı və əzələ zəifliyi müşahidə oluna, ağır hallarda isə qıcolma və huşun itirilməsi baş verə bilər.

Nəşr qeyd edir ki, gündəlik maye ehtiyacını qarşılamaq üçün yalnız adi sudan istifadə etmək vacib deyil. Şəkərsiz bitki və meyvə çayları, qəhvə, süd, şorbalar, həmçinin xiyar, pomidor, qarpız və portağal kimi su ilə zəngin qidalar da ümumi maye balansına töhfə verir.
//qaynar.az

Son xəbərlər