Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... |
Mojo.az Avto
Mojo.az Avto

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

07.11.2026 21:15 261
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib.

Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş aksiya çərçivəsində Vətən müharibəsində əldə edilən şanlı Zəfərin altıncı ildönümü münasibətilə şəhərin məşhur İspaniya meydanında ("Plaza de España") yerləşən tarixi "Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") dövlət bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Axşam saatlarından etibarən İspaniyanın zəngin memarlıq və mədəni irsinin görkəmli nümunələrindən sayılan fəvvarənin üzərinə proyeksiya edilən Azərbaycan bayrağının rəngləri şəhər sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Aksiyanı canlı izləyən həmvətənlərimiz və Sevilyada təhsil alan azərbaycanlı tələbələr Vətəndən uzaqda üçrəngli bayrağımızı belə əzəmətli məkanda görməyin onlara xüsusi qürur və sevinc hissi yaşatdığını bildiriblər.

İlk dəfə Sevilya şəhərində keçirilən bu möhtəşəm aksiya Azərbaycan ilə İspaniya arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. Zəfər Günü kimi mühüm bir tarixdə həyata keçirilən bu təşəbbüs, eyni zamanda, İspaniya ictimaiyyətinin Azərbaycana göstərdiyi dərin hörmət və rəğbətin təzahürü kimi dəyərləndirilir.

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında dostluq münasibətlərini təcəssüm etdirən bu təşəbbüsə göstərilən dəstəyə görə Sevilya meriyasına minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, bu cür simvolik tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir. O, həmçinin son illərdə Azərbaycan-İspaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb.

"Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") təkcə Sevilya şəhərinin deyil, bütövlükdə İspaniyanın məşhur tarixi və memarlıq simvollarından biridir. 1929-cu ildə keçirilən İbero-Amerika sərgisi ilə əlaqədar memar Visente Traver i Tomas tərəfindən layihələndirilən bu monumental ansambl zərif mərmər quruluşu və dekorativ elementləri ilə diqqəti cəlb edir. Şəhərin mərkəzində, İspaniya meydanında ("Plaza de España") yerləşən bu tarixi məkan həm yerli sakinlərin, həm də turistlərin ən çox üz tutduğu görüş və istirahət yerlərindən biridir.

Son xəbərlər