Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda kərə və duru yağların qiymətində bahalaşma müşahidə olunur. Son aylarda həm yerli, həm də idxal məhsullarının qiyməti artıb. Qiymət monitorinqlərinə əsasən, avqustun 24-dən oktyabrın 1-dək bəzi yağ məhsulları 6 manatdan çox bahalaşıb. Ərzaq məhsullarının qiymətindəki artım fonunda yağın da bahalaşması istehlakçıların xərclərinə təsir göstərir.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, Azərbaycanda kərə yağı və duru yağ istehsalı yox səviyyəsindədir:
Duru yağların bahalaşmasına təsir göstərən əsas amillərdən biri də Rusiya-Ukrayna müharibəsidir. Müharibə nəticəsində Qara dənizdə gəmiçilik imkanlarının ciddi şəkildə məhdudlaşması da tədarük prosesinə təsir edib. Azərbaycan əvvəllər Ukrayna və Rusiyadan xeyli miqdarda duru yağ idxal edirdi. Lakin son dövrlərdə bu ölkələrdən idxalın azalması da daxili bazara öz təsirini göstərir”.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, Azərbaycanda kərə yağı və duru yağ istehsalı yox səviyyəsindədir:
“Mövcud yerli istehsal daxili tələbatı ödəmək üçün kifayət etmir. Buna görə də ölkə bu məhsulların idxalından ciddi şəkildə asılıdır. Son dövrlərdə logistika xərclərinin, enerji daşıyıcılarının qiymətlərinin və daşınma tariflərinin artması dünya bazarında ciddi təsirlər yaradıb. Bu proses Azərbaycandan da yan keçməyib. Nəticədə həm duru yağların, həm də kərə yağının qiymətində artım müşahidə olunur.