Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı

29.09.2026 21:57 165
Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda heyvandarlıq məhsulları, xüsusilə də qırmızı ət bahalaşsa da, son aylarda kərə yağının ucuzlaşması müşahidə edilir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, kərə yağının qiymət dinamikasını mal-qaranın qiyməti ilə birbaşa əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, Azərbaycan kərə yağı bazarında böyük ölçüdə idxaldan asılıdır və qiymətlərə dünya bazarındakı vəziyyət, idxalçıların məhsulu hansı ölkələrdən gətirməsi, logistika xərcləri və məzənnə daha ciddi təsir göstərir:

"Hazırda əsas amillərdən biri idxal qiymətlərinin aşağı düşməsidir. 2026-cı ilin ilk 4 ayında Azərbaycana kərə yağı idxalı fiziki ifadədə 22,1 faiz artaraq 8,74 min tona çatıb. Eyni zamanda, orta idxal qiyməti 11,3 faiz aşağı düşüb".

A.Nəsirli bildirib ki, idxalçılar daha bahalı Yeni Zelandiya məhsullarından əlavə, İran və Belarus kimi nisbətən ucuz mənbələrə yönəliblər:

"Bu da daxili bazarda qiymətlərə təsir göstərib. Azərbaycanda kərə yağı istehsalı 2026-cı ilin ilk 4 ayında 8,6 faiz azalıb. Lakin eyni dövrdə idxal 9 077 tona yüksəlib. Yəni daxili istehsalın azalması bazarda avtomatik olaraq bahalaşma yaratmayıb. Çünki yaranan tələbatın böyük hissəsi idxal hesabına qarşılanıb”.

Onun fikrincə, rəsmi statistikada da avqust ayında kərə yağının əvvəlki ayla müqayisədə ucuzlaşdığı, eyni dövrdə mal və qoyun ətinin qiymətinin isə artdığı görünür:

"Bu da iki məhsulun qiymətlərinin mütləq eyni istiqamətdə dəyişmədiyini göstərir. Bazardakı rəqabət də qiymətlərin formalaşmasına təsir edən amillərdəndir. İdxalçı daha ucuz qiymətə məhsul gətirirsə, bazardakı payını qorumaq üçün pərakəndə satış qiymətini aşağı salmağa məcbur qala bilər".

İqtisadçı həmçinin istehlakçıların daha ucuz yağlara, o cümlədən müxtəlif spred və bitki yağı əsaslı məhsullara yönəlməsinin də kərə yağına olan tələbat və satıcıların marjasına təsir göstərə biləcəyini söyləyib:

“İndiki ucuzlaşmanı Azərbaycanda süd və yağ istehsalının artması ilə izah etmək doğru olmaz. Mövcud rəqəmlər göstərir ki, yerli istehsal azalmasına baxmayaraq, idxal kanalları və idxal qiymətlərindəki dəyişiklik daxili bazarda kərə yağının qiymətinə aşağı istiqamətdə təsir göstərib”.


скачать dle 11.3
Mojo.az Banner