Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)

01.10.2026 13:27 270
Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)
Ağstafa şəhər, Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.

Bu məlumat Ocavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilib.

"Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.

* * * * *

Ağstafa rayonunda əlbəyaxa olan müəllimlərdən xəsarət alanın vəziyyəti məlum olub.


Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 30-da saat 13:10-da 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.

"Pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

* * * * *

Ağstafa rayonunda məktəbdə dava olub.


Bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə səbəbin dərs bölgüsü olduğu bildirilir. S.Əhmədovanın builki dərs saatı az olub və o, bunun günahını müəllim həmkarında görüb. Nəticədə hər iki xanım arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner