Mojo.az Banner
20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı

03.10.2026 21:00 189
Büdcə smartfonlarının sonu:
Şəbəkədə "Samsung" və "Google" şirkətlərinin büdcə telefonlarının ilkin satış qiymətlərini artırmağa başladığına diqqət çəkilib. Ayrı-ayrı modellərin qiyməti artıq 100 dollaradək bahalaşıb. Əsas səbəblərdən biri kimi bütün dünyada istehsalçılara təsir edən operativ yaddaş böhranı göstərilir.

Qaynarinfo xəbər verur ki, "Samsung" şirkətində qiymətlər "Galaxy A" seriyasının bütün modellərində artıb. Məsələn, "Galaxy A17 5G" modelinin qiyməti 200 dollardan 270 dollara, "Galaxy A27 5G" 350 dollardan 380 dollara, "Galaxy A37 5G" 450 dollardan 490 dollara, "Galaxy A57 5G" isə 550 dollardan 600 dollara yüksəlib.

Bununla yanaşı, "Galaxy A17 5G" artıq avqust ayında bahalaşmışdı. Hazırkı artım şirkət üçün bir həftə ərzində ikinci qiymət artımı olub.

"Google" şirkətində isə "Pixel 10a" modelinin qiyməti birdən-birə 100 dollar artıb. Şirkət münasib qiymətli telefonu mart ayında 499 dollar tövsiyə olunan pərakəndə satış qiyməti ilə təqdim etmişdi. İndi isə onun ilkin qiyməti 599 dollardır. Kanadada bahalaşma daha nəzərəçarpandır: qiymət 679 Kanada dollarından 849 Kanada dollarına yüksəlib.

Analitiklər problemin uzunmüddətli xarakter daşıya biləcəyini bildirirlər. Hətta Çində istehsalın artırılması hesabına operativ yaddaş çatışmazlığı növbəti il ərzində azalmağa başlasa belə, qiymətlər uzun müddət yüksək qala bilər. Daha pessimist ssenariyə əsasən, RAM çatışmazlığı və yüksək qiymətlər 2030-cu ilə qədər davam edə bilər.

Bu, həmçinin o deməkdir ki, "Samsung" və "Google" şirkətlərinin büdcə smartfonlarının növbəti nəsilləri bazara daha yüksək qiymətlərlə çıxa bilər. Belə şəraitdə işlənmiş cihaz almaq münasib qiymətli smartfon seçərkən qənaət etməyin yollarından birinə çevrilir.

Daha əvvəl xəbər verilmişdi ki, 2026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz arta bilər. Bu proses yaddaş çatışmazlığı və istehsal xərclərinin yüksəlməsi ilə əlaqələndirilir.

200 dollardan ucuz büdcə smartfonları isə gələn il nadir məhsula çevrilə və ya ümumiyyətlə mağazaların rəflərindən yox ola bilər. Səbəb süni intellekt sistemləri üçün DRAM yaddaşına sürətlə artan tələbatdır. Bu vəziyyət mobil cihaz istehsalçıları üçün əlçatan komponentlərin sayını azaldır.

Analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna qədər bir çox brend ya bazardan çıxacaq, ya da yaddaş çatışmazlığı səbəbindən müəyyən məhsul istiqamətlərini ixtisar etməyə məcbur olacaq. Vaxtilə populyar olan "ASUS" və "Meizu" şirkətləri artıq smartfon bazarından çıxdıqlarını rəsmən açıqlayıblar.скачать dle 11.3
Mojo.az Banner