Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video

06.10.2026 21:46 126
Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video
Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Median.Az
Baku TV-yə istinadla bildirir ki, məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb.

Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb. Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:

"Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var".

Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:

"Qonşuda toyda olublar. İçiriblər. O da qudurub".

Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, oktyabrın 5-də 2006-cı il təvəllüdlü kişi qarın və döş qəfəsinin çoxsaylı deşilmiş-kəsilmiş yaraları diaqnozu ilə Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib:

"Xəstə dəyərləndirilib və təcili əməliyyata alınıb. Hazırda xəstəxanamızın Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir".

Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub. Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner