Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq
Azərbaycanda banklar, elektron pul və ödəniş təşkilatları eyni cihazdan bir neçə müştərinin hesabına daxilolma hallarını daha ciddi nəzarətdə saxlayacaq. Yeni mexanizmlər maliyyə fırıldaqçılığının qarşısının alınmasına yönəlib.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə sektorunda rəqəmsal dələduzluq risklərinin azaldılması üçün bank və ödəniş təşkilatlarına yeni tələblərlə bağlı tövsiyələr göndərib.
Bu barədə AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda danışıb.
Onun sözlərinə görə, tövsiyələrdə ilk növbədə istifadə olunan cihazların etibarlılığının yoxlanılması, eyni cihaz vasitəsilə müxtəlif müştərilərin hesablarına giriş cəhdlərinin müəyyənləşdirilməsi və yeni cihazlardan edilən girişlərə nəzarət nəzərdə tutulub.
Bununla yanaşı, tokenləşdirmə, bank əməliyyatlarının real vaxt rejimində monitorinqi, eləcə də pul vəsaitlərini qəbul edən tərəflə bağlı nəzarət mexanizmlərinin tətbiqi tövsiyə olunub.
Elvin Cuvarov bildirib ki, Mərkəzi Bank maliyyə qurumlarından mövcud təhlükəsizlik sistemləri, bu sahədəki boşluqlar və onların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər barədə məlumatlar da toplayıb.
Toplanan məlumatların bu ilin sonuna, ən gec gələn ilin əvvəlinə qədər təhlili planlaşdırılır. Təhlilin nəticələrindən asılı olaraq, banklara əlavə tövsiyələr göndərilə və ya təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi üçün yeni tədbirlər müəyyənləşdirilə bilər.
//oxu.az