Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

28.10.2021 19:54 1 320
Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub
Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 4 bank qoşulub.

Məlumata görə, bunlar "Bank Avrasiya", "Muğan Bank", "PAŞA Bank" və "Premium Bank" ASC-lərdir. Həmin banklar müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edib. Beləliklə, onların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.

Hazırda 20 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner