Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu rus məşhurlar Ukraynanın "qara siyahısı"na düşdü

10.11.2026 21:00 90
Bu rus məşhurlar Ukraynanın
Rusiyanın Xalq artisti Sergey Bezrukov və tanınmış teleaparıcı, şoumen Mixail Qalustyan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məxsus "War and Sanctions" portalının məlumat bazasına daxil ediliblər.

Median.Az
xəbər verir ki, bu barədə məlumatlar sözügedən resursun noyabrın 10-da yayımladığı qeydlərdə öz əksini tapıb.

Ukrayna tərəfi S.Bezrukovun "qara siyahı"ya salınmasını onun ölkədəki hərbi əməliyyatları dəstəkləməsi və vətənpərvərlik mövzusunda təşkil olunan konsertlərdə aktiv iştirak etməsi ilə əlaqələndirib. Sənətçinin məlumat vərəqəsində həmçinin vurğulanır ki, o, 2014-cü ildə digər incəsənət xadimləri ilə yanaşı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı mövqeyini müdafiə edən məktubu imzalayanlardan biri olub.

Şoumen və teleaparıcının məlumat bazasına əlavə edilməsi də eyni şəkildə müharibəyə dəstək verməsi ilə izah edilir. Əlavə əsaslandırma kimi isə M.Qalustyanın Rusiya Federasiyasının addımlarını təbliğ edən bir neçə layihə çərçivəsində Rusiya Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılır./Oxu.Az

Son xəbərlər