Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları Qazaxıstana daha asan gedə biləcəklər

10.11.2026 23:01 213
Azərbaycan vətəndaşları Qazaxıstana daha asan gedə biləcəklər
Qazaxıstanda Azərbaycan vətəndaşları da daxil olmaqla əcnəbilərin fərdi identifikasiya nömrəsini (İİN) bir gün ərzində onlayn əldə etməsi üçün pilot layihəyə başlanılıb.

Median.Az 
xəbər verir ki, yeni xidmət üçün müraciət “QazETA” mobil tətbiqi vasitəsilə edilir.

Müraciət edən şəxs pasportunun və ya şəxsiyyət sənədinin şəklini çəkməli, biometrik yoxlamadan keçməli və coğrafi mövqeyini təsdiqləməlidir. Daha sonra məlumatları yoxlamaq və zərurət olduqda tamamlamaq tələb olunur.

Sistem şəxsin Qazaxıstana giriş faktını yoxladıqdan sonra müraciətin rəsmiləşdirilməsi davam etdirilir. Ərizə əlavə olaraq ölkənin Daxili İşlər Nazirliyi tərəfindən yoxlanılır.

Tətbiqdəki MAQ miqrasiya xidmətləri platforması üzərindən müraciətin statusunu izləmək, verilmiş nömrəyə baxmaq və hazır qeydiyyat şəhadətnaməsini yükləmək mümkündür.

Pilot layihənin başlanmasına dair Qazaxıstan Daxili İşlər Nazirliyinin əmri noyabrın 9-da qüvvəyə minib. (Modern.az)

Son xəbərlər