Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq

01.09.2026 18:58 441
Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq
Qazaxıstanla vizasız rejimə malik ölkələrin vətəndaşları bundan sonra respublikaya daxil olmaq üçün xüsusi elektron icazə almalı olacaqlar.

Median.Az
-ın məlumatına görə, bu barədə "RİA Novosti"yə giriş icazəsinin rəsmiləşdirildiyi QazETA (Kazakhstan Electronic Travel Authorization) rəqəmsal platformasının nümayəndəsi məlumat verib.

Bildirilir ki, noyabrın 1-dən etibarən sözügedən icazə beynəlxalq aviareyslərin sərnişinləri üçün məcburi xarakter daşıyacaq. Noyabrın 15-dən etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmayan ölkələrin sərhədlərindən avtomobillə daxil olanlardan, noyabrın 30-dan isə Aİİ ölkələrinin sərhədlərindən nəqliyyat vasitəsi ilə gələnlərdən bu sənəd tələb ediləcək. Dekabrın 15-dən isə qatar sərnişinləri və Qazaxıstana dəniz limanları vasitəsilə gələn şəxslər icazəni təqdim etməli olacaqlar.

Qeyd olunan elektron icazə 180 gün ərzində etibarlı sayılacaq və Qazaxıstana bir neçə dəfə səfər etmək imkanı verəcək. Vurğulanır ki, icazənin rəsmiləşdirilməsi üçün tələb olunan məbləğ bütün dövlətlərin vətəndaşları üçün eyni olacaq. Hazırda rüsumun miqdarı razılaşdırma mərhələsindədir. Noyabrın 1-dək QazETA sistemi pilot rejimində fəaliyyət göstərir və hələlik icazənin olmaması ölkəyə girişdən imtina üçün əsas hesab edilmir.//oxu.az

Son xəbərlər