Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə

24.10.2026 22:08 453
Şagirdlər ev tapşırığını
Son dövrlər məktəblərdə süni intellekt alətlərindən istifadə, xüsusilə şagirdlərin "ChatGPT" vasitəsilə ev tapşırıqlarını hazırlaması aktual müzakirə mövzularından birinə çevrilib. Süni intellekt tədris prosesində şagirdlərə məlumat əldə etmək və mövzuları daha yaxşı anlamaq baxımından kömək etsə də, tapşırıqların birbaşa bu alətlərə edilməsi onların müstəqil düşünmə və öyrənmə bacarıqlarına təsir edir.

Bəs şagirdlərin ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirməsi bilik səviyyəsinə necə təsir edir? Məktəblərdə süni intellektdən istifadənin qaydalarının müəyyənləşdirilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Elmin Nuri qeyd edib ki, hazırda "ChatGPT" və digər süni intellekt alətlərindən təhsildə istifadə bütün dünyada əsas prioritetlərdən biri hesab olunur. Azərbaycanda da orta məktəblərdə və universitetlərdə süni intellektdən düzgün istifadə qaydalarının öyrədilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması zəruridir.

""Coursera" və "Udemy" kimi beynəlxalq onlayn platformalarda süni intellekt alətlərinin təhsildə tətbiqi ilə bağlı müxtəlif kurslar təşkil olunur. Mən də həmin kursların bir neçəsindən faydalanmışam. Əsas məsələ süni intellektin təhsildə tətbiqinin zəruriliyindən daha çox, onun necə və hansı prinsiplər əsasında istifadə olunmasıdır. Süni intellekt şagirdə, müəllimə və valideynə kömək edən vasitə kimi çıxış etməli, lakin tədris prosesində diktəedici rol oynamamalıdır", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, "ChatGPT" istifadəçinin istəyinə uyğun müxtəlif məzmunlar təqdim edə bilər.

"Məsələn, şagird bu alətdən tapşırığın məzmununu anlamaq, məlumatları sistemləşdirmək və mövzuya fərqli yanaşmaları öyrənmək üçün istifadə edə bilər. Eyni zamanda, ev tapşırığını özü yerinə yetirmək əvəzinə süni intellektə yazdırmaq da mümkündür. Süni intellekt alətindən hansı məqsədlə istifadə ediləcəyini insan müəyyənləşdirməli, bunun üçün müvafiq proqram və istifadə qaydaları hazırlanmalıdır.

Orta məktəblərdə süni intellektdən istifadə ilə bağlı xüsusi proqramın tətbiqinə və maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu yanaşma yalnız məktəblərlə məhdudlaşmamalı, universitetləri, elmi-tədqiqat müəssisələrini, alimləri, doktorantları və tələbələri də əhatə etməlidir. Tələbələr süni intellekt alətlərindən istifadənin müasir dövrdə uğur qazanmaq üçün əhəmiyyətini anlamalı, eyni zamanda bu vasitələrdən həddindən artıq asılılığın mənfi nəticələrini də dərk etməlidirlər. Onun sözlərinə görə, əsas məqsəd süni intellektdən istifadə ilə insanın müstəqil düşünmə və öyrənmə bacarıqları arasında tarazlıq yaratmaqdır”, – deyə ekspert bildirib.

O əlavə edib ki, Azərbaycanda bu istiqamətdə işlərin görülməsi artıq gecikir. Ekspertin fikrincə, orta məktəblərdə həftədə ən azı bir dəfə süni intellektdən düzgün istifadə qaydalarının öyrədilməsi məqsədəuyğun olardı.

"Süni intellektdən istifadəni kimin öyrədəcəyi məsələsi də ayrıca problemdir. Son üç-dörd ildə süni intellekt barədə geniş müzakirələr aparılsa da, bu sahədə təlim keçmək üçün zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına daha çox diqqət yetirilməlidir. Sosial şəbəkələrdə süni intellektlə bağlı müxtəlif təlimlərə rast gəlinsə də, məktəblərdə və universitetlərdə bu sahədə sistemli tədrisin təşkili vacibdir. Həm orta məktəblər, həm də ali təhsil müəssisələri süni intellektin düzgün tətbiqi istiqamətində daha çevik addımlar atmalıdır", - deyə o bildirib.

Son xəbərlər