Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”

27.10.2026 20:35 780
Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”
“İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycan qızlarını təhsil almaq üçün ölkəsinə dəvət etməsi saxta humanist görüntü yaratmaq cəhdindən başqa bir şey deyil. Hər kəsə yaxşı məlumdur ki, İranda yaşayan 40 milyona yaxın azərbaycanlının hüquqları pozulur. Onlar öz ana dillərində təhsil almaq, ali məktəblərdə oxumaq, mədəniyyət mərkəzləri yaratmaq, qəzet və jurnallar çap etmək, informasiya şəbəkələri qurmaq hüququndan məhrumdurlar. Belə bir şəraitdə Azərbaycan qızlarının İranda hansı dildə təhsil alacağını müəyyənləşdirmək çətindir”.

Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Median.Az-a açıqlamasında deyib.

O bildirib ki, bu açıqlama Azərbaycan dövləti və xalqı tərəfindən haqlı olaraq narazılıqla qarşılanır:
“Çünki nazirin səsləndirdiyi fikirlər Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi olmaqla yanaşı, suverenliyimizə və müstəqilliyimizə hörmətsizliyin ifadəsidir. Azərbaycanda qızların və qadınların hüquqları Konstitusiyamızla qorunur və qanunlarla müdafiə edilir. Onların təhsil almaq, fikir bildirmək və cəmiyyətin həyatında iştirak etmək hüquqları təmin olunur. Azərbaycan dünyəvi və demokratik dövlətdir. Ölkəmizdə qanunun aliliyi əsas prinsiplərdən biridir və hər bir vətəndaş qüvvədə olan qanunlara əməl etməlidir. Məktəblərdə vahid geyim formasının tətbiqi, şagirdlərin müəyyən edilmiş məktəbli geyimində dərsə gəlməsi qaydalarının müəyyənləşdirilməsi qızların hüquqlarının pozulması demək deyil. Əksinə, bu yanaşma təhsil mühitində bərabərliyin təmin edilməsinə, şagirdlər arasında geyim fərqlərindən irəli gələn ayrı-seçkiliyin qarşısının alınmasına xidmət edir. Vahid məktəbli formasının tətbiqi şagirdlərin özlərini rahat hiss etməsi və onların geyimlərinə görə bir-birindən fərqləndirilməməsi baxımından əhəmiyyətlidir. Bu prinsip dünya təhsil sistemlərində də mühüm məsələlərdən biri kimi qiymətləndirilir. Azərbaycan dövlətinin təhsil sisteminə bu cür yanaşması gənclərin, o cümlədən qızlarımızın bilikli, savadlı və layiqli vətəndaşlar kimi yetişməsi üçün vacibdir”.
Deputatın sözlərinə görə, iranlı nazir Azərbaycanla bağlı açıqlamalar vermək əvəzinə, öz ölkəsində mövcud olan problemlərə diqqət yetirsə, daha məqsədəuyğun olardı:
“O, İranda qadınların və qızların hüquqlarının pozulmasına, qanunların tələblərinə əməl etmədikləri iddia olunan şəxslərin təqib edilməsinə, həbsə atılmasına, hətta edam olunmasına münasibət bildirməlidir. İranın Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur. Bu cür müdaxilələr beynəlxalq hüququn prinsiplərinə ziddir. Məhz buna görə də ictimaiyyətin nazirin çağırışına və dəvətinə münasibəti başadüşüləndir və haqlı mövqenin ifadəsi kimi qiymətləndirilməlidir”.

Son xəbərlər