Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin komitə sədrləri məlum oldu - SİYAHI - YENİLƏNİB

10.03.2020 13:41 2 172
Milli Məclisin komitə sədrləri məlum oldu - SİYAHI - YENİLƏNİB
Altıncı çağırış Milli Məclisin martın 10-da keçirilən ilk plenar iclasında komitə sədrləri seçiliblər.

Milli Məclis sədrinin yeni birinci müavini, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

Hakim partiyanı təmsil edən deputat Ziyafət Əsgərov yenidən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin yeni müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, bitərəf deputat Zahid Oruc İnsan hüquqları, YAP-çı deputat Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib.

YAP üzvləri Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib.

Son xəbərlər