Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir?

02.11.2026 14:41 1 929
Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir?
Noyabr ayı bürclər üçün yeni fürsətlər, gözlənilməz dəyişikliklər və müxtəlif sınaqlarla yadda qala bilər. Bəzi bürcləri sevgi və karyerada uğurlu günlər, digərlərini isə mühüm qərarlar gözləyir. Bəs ulduzlar noyabr ayında 12 bürcə nə vəd edir?

Azərbaycanlı astroloq Sabirə Cəfər Noyabr ayı üçün yüksələn bürclərə görə astroloji təsirləri Median.Az-a açıqlayıb.
Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir?Astroloq bildirib ki, bu dövrün əsas mövzusu münasibətlərdə və maliyyədə yenidən qiymətləndirmə, köhnə məsələlərin gündəmə qayıtması, şəxsi iradənin sınaqdan keçməsi və yeni başlanğıclar üçün zəmin hazırlanmasıdır.

Mütəxəssisin sözlərinə görə, Əqrəb yeniayı insanı daxili dəyişikliklərə, gizli qalan məsələləri üzə çıxarmağa və həyatında artıq funksionallığını itirmiş vəziyyətləri geridə qoymağa sövq edir.

Sabirə Cəfər əlavə edib ki, Mars Şirdə özünüifadə, liderlik və mübarizə istəyini artırır. Saturn Qoçda isə tələskən qərarların qarşısına məsuliyyət və səbir tələbi qoyur.

O, qeyd edib ki, Venera və Merkurinin retrosu səbəbindən xüsusilə sevgi, pul, münasibətlər, ünsiyyət, müqavilələr və qərarlarda keçmişə qayıdış mövzusu güclənir.

Yüksələn Qoç

Maliyyə, ortaq büdcə, borclar və öhdəliklər ön plana çıxır. Gözlənilməz xərclər və ortaq pullarla bağlı məsələlər yenidən gündəmə gələ bilər. Sevgi həyatında keçmişdən gələn mövzulara qayıdış mümkündür. Övladlarla bağlı məsələlərdə səbirli olmaq vacibdir. Özünüzü sübut etmək istəyiniz artsa da, riskli addımlardan çəkinin.

Yüksələn Buğa

Yeni ay münasibətlər və tərəfdaşlıqlar sahəsində yeni mərhələnin başlanğıcını göstərə bilər. Evlilik, ayrılıq, barışıq və əməkdaşlıq məsələləri yenidən nəzərdən keçiriləcək. İş həyatında məsuliyyətlər arta bilər. Sağlamlıq və gündəlik rejimə daha ciddi yanaşmaq lazımdır. Keçmiş münasibətlər yenidən gündəmə gələ bilər.

Yüksələn Əkizlər

İş rejiminiz, gündəlik həyatınız və sağlamlığınızla bağlı dəyişikliklər gündəmə gəlir. Yarımçıq qalmış işləri tamamlamaq üçün əlverişli zamandır. Ünsiyyətdə yanlış anlaşılmalara, sənədləşmə və müqavilələrdə diqqətsizliyə yol verməyin. Yaxın ətrafınızla münasibətlərdə köhnə məsələlər yenidən açıla bilər. Sevgi həyatında isə keçmişdən gələn bir insanla qarşılaşmaq mümkündür.

Yüksələn Xərçəng

Sevgi, romantik münasibətlər, yaradıcılıq və övladlarla bağlı mövzular ön plana çıxır. Yeni ay sizə emosional baxımdan yeni səhifə açmaq imkanı verə bilər. Maliyyə məsələlərində isə riskli qərarlardan uzaq durun. Karyerada özünüzü göstərmək istəyiniz artsa da, rəhbərliklə münasibətlərdə eqo mübarizəsinə girməyin.

Yüksələn Şir

Ev, ailə, yaşayış yeri və daşınmaz əmlak məsələlərində yeni mərhələ başlaya bilər. Ailə daxilində əvvəldən həll olunmamış məsələlər yenidən gündəmə gələcək. Şəxsi ambisiyalarınız və liderlik istəyiniz güclənir. Lakin münasibətlərdə qarşı tərəfin fikirlərini də nəzərə almaq vacibdir. Təhsil, hüquqi və xarici əlaqələrlə bağlı planları yenidən gözdən keçirin.

Yüksələn Qız


Yaxın çevrə, qohumlar, bacı-qardaşlar, təhsil və ünsiyyət məsələləri diqqət mərkəzində olacaq. Yeni layihələr və informasiya mübadiləsi üçün zəmin yarana bilər. Səfərlər və sənədlərlə bağlı gecikmələr mümkündür. Ortaq maliyyə, borc və öhdəliklərdə məsuliyyətli davranın. İş həyatında arxa planda qalan məsələləri həll etmək fürsəti yaranacaq.

Yüksələn Tərəzi

Maliyyə, gəlirlər, şəxsi resurslar və öz dəyərinizlə bağlı yeni qərarlar dövrüdür. Gəlir mənbələrinizi dəyişmək və maddi vəziyyətinizi yenidən qurmaq istəyə bilərsiniz. Keçmiş münasibətlər və yarımçıq qalmış sevgi hekayələri yenidən gündəmə gələ bilər. Evlilik və tərəfdaşlıq münasibətlərində isə qarşılıqlı məsuliyyət məsələsi sınağa çəkilir.

Yüksələn Əqrəb

Bu yeni ay sizin bürcünüzdə baş verdiyi üçün şəxsi həyatınızda mühüm dönüş nöqtəsi yarada bilər. Görünüşünüz, həyat istiqamətiniz, şəxsi qərarlarınız və münasibətlərinizlə bağlı yenilənmə ehtiyacı hiss edəcəksiniz. Lakin tələsmək doğru deyil. Karyera və ictimai mövqeyinizlə bağlı köhnə məsələlər yenidən gündəmə gələ bilər. İş rejimi və sağlamlıq məsələlərinə də diqqət yetirin.

Yüksələn Oxatan

Daxili dünyanız, psixoloji vəziyyətiniz və gizli qalan məsələlər ön plana çıxır. Bəzi münasibətləri və həyatınızdakı müəyyən vəziyyətləri arxada qoymaq qərarı verə bilərsiniz. İş və karyera sahəsində yeni məsuliyyətlər yarana bilər. Köhnə iş təklifləri yenidən gündəmə gələ bilər. Sevgi münasibətlərində və maliyyə məsələlərində keçmiş təcrübələrdən nəticə çıxarmaq vacibdir.

Yüksələn Oğlaq

Dostluqlar, sosial çevrə, kollektivlər və gələcək planlarınızla bağlı yeni mərhələ başlaya bilər. Bəzi insanlarla münasibətlərinizi yenidən qiymətləndirəcəksiniz. Yaradıcı layihələrdə və romantik münasibətlərdə köhnə mövzular qayıda bilər. Ailə və yaşayış yeri ilə bağlı məsuliyyətlər arta bilər. Özünüzə qarşı daha tələbkar olacağınız bir dövrdür.

Yüksələn Dolça

Karyera, ictimai status, nüfuz və peşəkar hədəflər ön plana çıxır. İş həyatınızda yeni istiqamət müəyyənləşdirmək, mövqeyinizi dəyişmək və ya rəhbərliklə bağlı qərarlar vermək ehtimalı var. Yaxın çevrə və ailə ilə bağlı köhnə məsələlər yenidən açıla bilər. Səfər, təhsil və hüquqi məsələlərdə gecikmələr mümkündür. Böyük qərarlarda tələsməyin.

Yüksələn Balıqlar

Xarici ölkələr, uzunmüddətli səfərlər, ali təhsil, hüquqi məsələlər və dünyagörüşünüzlə bağlı yeni başlanğıclar mümkündür. Həyata baxışınızda ciddi dəyişikliklər yaşaya bilərsiniz. Maliyyə və ortaq büdcə məsələlərində məsuliyyətli olun. Ünsiyyət, müqavilə və sənədləşmə proseslərində diqqətli davranın. Keçmişdən gələn məlumat və xəbərlər yeni qərarlarınıza təsir edə bilər.

Ümumi tövsiyə


Bu dövrdə üç əsas məqamı vurğulamaq istərdim:

Münasibətlər: Keçmişi yenidən yaşamaqla ondan nəticə çıxarmağı qarışdırmayın. Hər geri dönüş yeni başlanğıc demək deyil.

Maliyyə: Emosional qərarlarla alış-veriş, investisiya və borclanma məsələlərində riskə getməyin.

Şəxsi inkişaf: Saturnun Qoçdakı təsiri hər kəsdən öz həyatının məsuliyyətini üzərinə götürməyi tələb edir. İstədiyiniz nəticəni əldə etmək üçün yalnız cəsarət deyil, davamlılıq da lazımdır.

Astroloji qeyd: 2026-cı ilin noyabrında Əqrəb yeniayı 9 noyabrda meydana gəlir. Merkuri və Venera isə 19 noyabrda düz hərəkətə keçir.

Son xəbərlər