Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq

04.11.2026 21:06 165
Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq
İqlim dəyişikliyi Kür çayı hövzəsində temperaturun yüksəlməsinə, yay aylarında yağıntıların azalmasına, eləcə də daşqın, torpaq sürüşməsi və sel risklərinin artmasına səbəb olacaq.

Bu proqnozlar Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan fermalara kimi: iqlim risklərinin və potensialın qiymətləndirilməsi və tövsiyələr” adlı hesabatında əksini tapıb.

Tədqiqata əsasən, 2035-ci ilədək Kür hövzəsində qış temperaturu təxminən 1°C, 2085-ci ilədək isə 5°C-yə qədər yüksələ bilər.

Bununla yanaşı, payız və qış aylarında yağıntıların miqdarının cüzi artacağı, yaz və yay aylarının isə daha quraq keçəcəyi gözlənilir. Yay aylarında temperatur 5°C-yə qədər yüksələ, yağıntıların miqdarı isə 20%-dək azala bilər.

“Hesabatda qeyd olunur ki, bu cür iqlim dəyişiklikləri Gürcüstan ərazisində torpaq sürüşmələri, qəfil daşqınlar və sel axınları, eləcə də buzlaq göllərinin yarılması ehtimalını artıra bilər. Bundan əlavə, qış aylarında qar örtüyünün üzərinə yağış yağması hallarının daha tez-tez baş verməsi daşqın riskini daha da yüksəldə bilər.

Sənəddə bildirilir ki, Kür hövzəsində buzlaqların geri çəkilməsi geniş yayılmış prosesdir. Bu ərazi üçün qar örtüyünün qeyri-sabit olduğu kiçik buzlaqlar da xarakterikdir. Yayın sonlarında su axını əsasən qarın əriməsi hesabına təmin olunur. Bununla yanaşı, çoxillik donuşluq sahələri məhdud əraziləri əhatə edir.

Tədqiqat Mərkəzi və Qərbi Asiyada su ehtiyatları və kənd təsərrüfatı məhsuldarlığı üçün iqlim risklərinin qiymətləndirilməsinə yönəlmiş “Glaciers to Farms” (G2F) proqramı çərçivəsində aparılıb.

Yaşıl İqlim Fondunun (GCF) dəstəyi ilə AİB dörd pilot çay hövzəsində – Kür, Narın, Pənc və Svat hövzələrində buzlaqların əriməsi ilə bağlı riskləri qiymətləndirib.

Tədqiqatın əsasını dağlıq və düzənlik ərazilərdə temperaturun, yağış və qar şəklində yağıntıların məkan və zaman üzrə dəyişikliklərini müəyyən etməyə imkan verən 40 illik meteoroloji məlumatların təhlili təşkil edib.

G2F proqramı AİB-nin ölkələr üzrə mövcud iqlim riskləri qiymətləndirmələrini tamamlamağı, buzlaqların sürətlə geri çəkildiyi şəraitdə uzunmüddətli su təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlılığının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır. Onun ümumi uzunluğu 1 515 kilometr təşkil edir. Bunun 906 kilometri Azərbaycan ərazisindən keçir. Çayın hövzəsinin sahəsi 188 min kvadratkilometrdir.

Kür çayı Türkiyənin Qars vilayətində, Qızılgədik dağının şimal-şərq yamacında, 2 740 metr yüksəklikdən başlayır. Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərindən keçən çay Xəzər dənizinə tökülür.

Kürün su ehtiyatları bir neçə mənbə hesabına formalaşır: 36 faizi qar sularının, 30 faizi yeraltı suların, 20 faizi yağış sularının, 14 faizi isə buzlaqların əriməsi nəticəsində yaranan suların payına düşür.//Trend

Son xəbərlər