23:13 Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib  |     22:54 Yüksək təzyiq zamanı qidalanmada uzaq durulmalı olan 10 zərərli məhsul və içki  |     22:26 Ramiz Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaradıb -SENSASİON İDDİA  |     22:17 XİN: UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsini alqışlayırıq  |     22:09 Bakıda mənzildən meyit tapıldı  |     22:05 2025-ci ilin rəmzi komandası açıqladı  |     21:46 "X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib  |     21:45 İslam Rzayevlə Musa Şəkiliyev şərik imişlər - Biznesləri ÜZƏ ÇIXDI  |     21:27 Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı  |     21:22 “Tikəmizi də tapmayacaqlar, yavaş sür!” - Anbaan video  |     21:18 Komaya düşən polkovnik vəfat etdi - FOTO  |     20:49 Azərbaycanlı qadın Türkiyədə 75 bıçaq zərbəsi ilə öldürüldü  |     20:40 Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib  |     20:32 Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ  |     20:26 Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır  |     20:10 Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb - YENİLƏNİB  |     19:59 Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək  |     19:46 Sadıq Sadıqova yeni VƏZİFƏ VERİLDİ  |     19:38 Maştağada tanışının qətlində təqsirləndirilən şəxsə hökm oxunub  |     19:30 Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş  |    

Kürdə sululuq son 6 ayda 45,8 faiz azalıb

“İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

“Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır.

İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzər sahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalıb. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır”, nazir qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 099 23.07.20 23:56