22:59 Arzu Əliyeva Qax rayonundan paylaşım edib  |     22:53 Kimlər məktəb direktoru ola biləcək? - Yeni qaydalar  |     22:45 NATO ölkələri ilk zərbə ilə Moskvanı yer üzündən silə bilər — Svitan  |     22:37 İslam Rzayev yüksək vəzifəli məmurun dayısı imiş  |     22:30 3 gün vaxt verildi - SÖKÜLƏCƏK  |     22:22 Balakənin deputatı icra başçısının həbsi haqqında DANIŞDI  |     22:15 TİKA sədri Hikmət Hacıyevlə görüşüb  |     22:09 "İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur" — AÇIQLAMA  |     22:00 "Valideynlər 17 yaşlı qızı çörək pulu tapsın deyə ərə verirlər"  |     21:52 "Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” — Seysmoloq  |     21:47 Şirvanda yol qəzası: ölən və xəsarət alanlar var - FOTO  |     21:45 "Uşaqlar arasında yayılan rotavirus qıcolmaya qədər gətirib çıxara bilər" — AÇIQLAMA  |     21:37 Qadınlar hansı hallarda aliment ödəyirlər? — Vəkildən AÇIQLAMA  |     21:30 Nazirlik: Hərbi qulluqçuların pensiya təyinatı yeni qaydada aparılacaq  |     21:23 Bill Qeyts bəşəriyyəti məhv edəcək səbəbi açıqladı: İqlim deyil...  |     21:16 Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olunub - RƏSMİ  |     21:09 Dəfn olunan itkin-şəhidin anası: İndi rahat ölə bilərəm  |     20:58 Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb  |     20:50 Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı  |     20:41 Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu  |    

Azərbaycanda hava ilə bağlı erkən xəbərdarlıq sistemi yaradılır

Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.

Qeyd olunan saziş, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən, Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.

Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.

Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, “Spesosnasheniya” şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            750 09.03.21 18:47