Özbəkistda şagirdlər 12 il oxuyacaq
Özbəkistan parlamentinin aşağı palatası hazırkı 11 illik sistemin əvəzinə 12 illik məktəb təhsilinə keçidi nəzərdə tutan qanun layihəsini üç oxunuşda qəbul edib.
Median.Az xəbər verir ki, bu barədə "Centralasia.media" məlumat yayıb.
Sənədə əsasən, məktəbə birillik hazırlıq mərhələsi orta təhsilin məcburi tərkib hissəsinə çevriləcək. İslahat milli təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və məzunların xarici universitetlərə qəbulunu asanlaşdırmaq məqsədi daşıyır.
Qanun layihəsi təsdiq olunmaq üçün Senata göndərilib. Senatın razılığından sonra sənəd ölkə prezidentinə təqdim edilməlidir.
Qeyd edək ki, Qırğızıstanda da daha əvvəl 12 illik məktəb təhsili sisteminə keçilib.
//unikal.az