Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda |
Mojo.az Avto
Mojo.az Avto

Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama

26.11.2026 18:58 153
YENİLƏNİB Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama
Ögey atası tərəfindən zorakılığa məruz qaldığı üçün evdən qaçan azyaşlı ilə bağlı fərdi inkişaf planı hazırlanacaq.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib.

"Hazırda uşağın qiymətləndirilməsi həyata keçirilir", - məlumatda qeyd olunub.

* * * * *

"Ögey atasından şiddət gördüyü üçün evdən qaçan azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür".

Bunu oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib.

O bildirib ki, sosial mediada yayılan məlumatla bağlı komitə əməkdaşları sığınacaqla əlaqə saxlayıblar, azyaşlının vəziyyəti ilə maraqlanılıb və fakt nəzarətə götürülüb:

"Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Uşağın təhsildən kənarda qalması ilə bağlı məsələnin həlli, təhsilinin bərpası və zəruri sənədləşmə işləri aidiyyəti qurumlarla birgə iş yerinə yetirilir".

* * * * *

Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib.

Median.Az
xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib.

Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb.

"Uşağın atası həbs olunduqdan sonra anası yenidən ailə qurub. Bundan sonra o, çətin günlər yaşamağa başlayıb. Uşağın bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb. Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq uşaq sığınacağına aparılıb.

Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib.

Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir", - deyə Mehriban Zeynalova qeyd edib.

Son xəbərlər