Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı |
Mojo.az Avto
Mojo.az Avto

Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ

26.11.2026 15:41 114
Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ
Gündəlik ehtiyacları qarşılamaq və böyük alışlar etmək üçün kredit götürən insanların sayı maliyyə savadlılığı məsələsini aktuallaşdırır. Gəlirlə aylıq ödənişlər arasındakı tarazlığın pozulması ailələrin uzunmüddətli borclanmasına səbəb ola bilər. İstehlak kreditlərinin ailə büdcəsinə yaratdığı əsas risklər hansılardır və borclanmanın təhlükəli həddə çatdığını necə müəyyən etmək olar?

Tanınmış bank eksperti Emin Kərimov Median.Az-a açıqlamasında deyib ki, əvvəllər problemli kreditlərin əhəmiyyətli hissəsi borc yükünün çoxluğu ilə bağlı idi:
“Vətəndaşlar eyni vaxtda bir neçə kredit götürür, nəticədə ödənişləri həyata keçirməkdə çətinlik çəkirdilər. Xüsusilə ailədə əlavə xərclər yarandıqda kredit öhdəliklərinin yerinə yetirilməsi daha da çətinləşirdi. Bu isə gec-tez kreditlərin problemli vəziyyətə düşməsinə səbəb olurdu. Hazırda bu kimi halların qarşısının alınması üçün Mərkəzi Bank gəlirlərlə borc öhdəlikləri arasındakı nisbəti tənzimləyən mexanizmlər tətbiq edir. Banklar və bank olmayan kredit təşkilatları (BOKT) istehlak kreditləri verərkən borc yükünün əməkhaqqının 45 faizini keçməməsinə xüsusi diqqət yetirirlər. Bu, DTI əmsalı adlanır. Eyni zamanda, zaminlik öhdəliklərinin də şəxsin əməkhaqqının 70 faizini keçməməsi ilə bağlı məhdudiyyət mövcuddur. Bu mexanizmlər həm bankları, həm də müştəriləri həddindən artıq borclanmadan qorumağa xidmət edir. Vətəndaşlar isə öz borc yüklərinin təhlükəli həddə çatdığını vaxtında müəyyən etməlidirlər. Bunun üçün ilk növbədə gəlirlərinə uyğun kredit götürməli, mümkün qədər bir kredit öhdəliyi ilə kifayətlənməli və mövcud borcunu tam ödədikdən sonra yeni kredit götürməyi düşünməlidirlər. Yalnız ödəniş qabiliyyətinə və maliyyə məsuliyyətinə əmin olduqları şəxslərə zamin durmalı, eyni zamanda paralel kreditlərdən və kredit kartlarından istifadədə diqqətli olmalıdırlar. Borcu başqa borcla bağlamaq düşüncəsi artıq ciddi maliyyə riskinin göstəricisidir. Belə hallar şəxsin gələcəkdə problemli kredit sahibi olmasına gətirib çıxara bilər”.
O qeyd edib ki, zərurət olmadıqda artıq kredit götürməkdən çəkinmək lazımdır:
“Təhsil haqqı, evin təmiri, təhsil layihələrinin maliyyələşdirilməsi və ya təxirəsalınmaz tibbi əməliyyatlar kimi vacib ehtiyaclar üçün kreditdən istifadə etmək məqsədəuyğun ola bilər. Lakin işlək vəziyyətdə olan telefonu yenisi ilə əvəzləmək və ya yeni avtomobil almaq kimi zəruri olmayan xərclər üçün borclanmaq düzgün yanaşma deyil. İnsanlar kredit götürərkən ehtiyaclarını və maliyyə imkanlarını düzgün qiymətləndirməlidirlər. Maliyyə savadlılığı ilk növbədə ailədən başlamalıdır. Ailə üzvləri bir-birinin maliyyə qərarlarına diqqət yetirməli, lazımsız borclanmaların qarşısını almaq üçün ortaq mövqe formalaşdırmalıdırlar. Xüsusilə həyat yoldaşı, övladlar və digər ailə üzvləri üçün kredit götürərkən məsuliyyət məsələsi nəzərə alınmalıdır. Çünki kredit ödənilmədiyi halda öhdəlik həmin şəxsin üzərində qalır və bu, onun kredit tarixçəsinə mənfi təsir göstərir. Bəzi hallarda ailə üzvlərindən birinin problemli krediti və ya gecikməsi digər ailə üzvünün kredit müraciətinə də təsir göstərə bilər. Banklar belə vəziyyətlərdə yeni kredit verməkdən imtina edə və ya əvvəlki borcun ödənilməsini tələb edə bilərlər. Buna görə də maliyyə məsuliyyəti və maarifləndirmə ilk növbədə ailə daxilində formalaşdırılmalıdır”.
O sonda qeyd edib ki, istehlak kreditləri, şübhəsiz ki, ailə büdcəsinə əlavə yük yaradır:
“Çünki kredit ödənişləri ailənin aylıq gəlirlərindən qarşılanır. Şəxs ehtiyaclarını düzgün qiymətləndirmədən borclanırsa və sonradan yeni xərclərini qarşılamaqda çətinlik çəkirsə, bu, ailənin maliyyə vəziyyətinə mənfi təsir göstərir.

Kredit götürməzdən əvvəl bir neçə vacib məqam nəzərə alınmalıdır: həmin məhsula və ya xidmətə həqiqətən ehtiyac varmı, onu almaq zəruridirmi və ailənin maliyyə imkanları bu xərci qarşılamağa imkan verirmi? İstehlak kreditləri bir çox məhsul və xidmətlərin əldə edilməsini asanlaşdırsa da, nəzarətsiz borclanma ciddi maliyyə problemlərinə səbəb ola bilər. Hətta bəzi hallarda insanlar borc öhdəliklərini yerinə yetirmək üçün şəxsi daşınar və ya daşınmaz əmlaklarını satmağa məcbur qalırlar. Bu cür itkilərlə üzləşməmək üçün maliyyə planlaşdırması əvvəlcədən aparılmalıdır. Məsələn, ailə üzvlərindən birinin iki ildən sonra xaricdə təhsil alması nəzərdə tutulursa, indidən maliyyə imkanları buna uyğun tənzimlənməlidir. Mövcud kredit öhdəlikləri gələcəkdə təhsil xərclərinin qarşılanmasına mane olmamalıdır. Bu baxımdan, ailələr gələcək ehtiyaclarını nəzərə alaraq borclanma məsələsində düzgün plan qurmalıdırlar. Ümumilikdə, düşünülmüş və planlı kreditləşmə müəyyən ehtiyacların qarşılanmasına kömək edə bilər. Lakin kor-koranə və plansız borclanma gec-tez ciddi maliyyə problemlərinə yol aça bilər. Buna görə də hər bir şəxs kredit götürərkən həm bugünkü gəlirlərini, həm də gələcək maliyyə öhdəliklərini nəzərə almalıdır”.

Son xəbərlər