Mojo.az Banner
15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |    
Left Banner
Right Banner

Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA

15.05.2026 22:01 459
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafı ilə birlikdə onlayn kreditlərə maraq nəzərəçarpacaq dərəcədə artıb.

Əvvəllər kredit almaq üçün bank filialına getmək, uzun növbələrdə gözləmək və müxtəlif sənədlər toplamaq lazım idisə, indi bu proses xeyli sadələşib. Vətəndaşlar artıq mobil tətbiqlər və internet platformaları vasitəsilə bir neçə dəqiqə ərzində kredit müraciəti edə, təsdiq ala və vəsaiti birbaşa bank kartına və ya hesabına köçürə bilirlər.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, onlayn kreditlərə marağın artması əsasən rahatlıq və sürətli xidmətlə bağlıdır:

“Yəni çox rahat şəkildə, bir neçə dəqiqə ərzində kredit üçün müraciət etmək mümkündür. Kredit tez bir zamanda təsdiqlənir və əlavə əziyyət çəkmədən vəsait əldə olunur. Bu, əslində normal və müsbət haldır. Faizlərə gəldikdə isə, onlayn kreditlərdə faizlər bəzi hallarda adi kreditlərlə eyni səviyyədə olur, bəzən isə daha aşağı olur. Ən azından əlavə xərclər tələb olunmur. Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır”.

Ekspertin sözlərinə görə, əsas problem onlayn kreditlərin özü deyil, kreditləşmənin istiqamətidir:
“Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərinə yönəlib. İstehsal, kənd təsərrüfatı və biznes sahələrinə kredit verilməsində nə banklar kifayət qədər maraqlıdır, nə də mövcud iqtisadi vəziyyət buna stimul yaradır. Bu isə iqtisadiyyatın zəifləməsinə və durğunluq dövrünə daxil olmasına səbəb olur. Əgər kredit resursları daha çox real sektorun inkişafına yönləndirilsə, bu həm iqtisadi aktivliyi artırar, həm də uzunmüddətli dayanıqlı inkişaf üçün əlavə imkanlar yaradar. Buna baxmayaraq, onlayn kreditlərin mövcudluğu müasir bankçılıq sisteminin vacib hissəsidir və rəqəmsal maliyyə xidmətlərinin inkişafı baxımından müsbət qiymətləndirilməlidir".
скачать dle 11.3
Mojo.az Banner