Mojo.az Banner
14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı  |     14:04 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti  |     13:56 Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO  |     13:55 Naxçıvanda dəhşətli qəza: Üç nəfər həlak oldu, xəsarət alanlar arasında körpələr də var (Yenilənib)  |     13:43 Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”  |     13:38 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi  |     13:18 Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO (Yenilənib)  |     13:13 "Sabah" futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir  |     22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |    
Left Banner
Right Banner

Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır - Bu necə ola bilər? - AÇIQLAMA

14.05.2025 22:28 591
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır - Bu necə ola bilər? - AÇIQLAMA
Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.

Məsələ ilə bağlı İnternet Formunun prezidenti Osman Gündüz açıqlama verib:

"Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb.

Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə "siz təsdiqləmisiniz" deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var.

Qısa araşdırma ilə müəyyən etdim ki yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib".

Ekspert bildirir ki, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər:

"Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir. Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır - başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir".

Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır.

Bəs bu zaman nələrə diqqət etməliyik?

Ekspert bildirib ki, əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər:

"Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir. Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara "təhlükəsizlik sizin öhdəliyinizdədir", "özünüz kodu təsdiqləmisiniz" deyə başdan eləməli deyillər".

Qeyd edək ki, əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq.скачать dle 11.3
Mojo.az Banner