Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək

26.10.2026 21:32 237
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
İran nüvə proqramını beynəlxalq hüquq çərçivəsində inkişaf etdirməyə davam edəcək və nüvə silahına sahib olmağa çalışmır.

Bunu İranın Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri ilə görüşündə bildirib.

"İran İslam Respublikası nüvə silahına sahib olmağa çalışmır və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvü kimi beynəlxalq hüquq və öhdəliklər çərçivəsində nüvə fəaliyyətini davam etdirmək istəyir”, – deyə Pezeşkian qeyd edib.

///teleqraf

Son xəbərlər