Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kreditlərlə bağlı yenilik - Mərkəzi Bankdan QƏRAR

12.08.2025 13:54 1 389
Azərbaycanda kreditlərlə bağlı yenilik - Mərkəzi Bankdan QƏRAR
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nda dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni kreditlər, eləcə də kredit ödənişləri barədə məlumatlar növbəti 1 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) təqdim ediləcək. İndiyə qədər yeni kreditlərlə bağlı məlumatlar hər təqvim ayının 1-nə olan vəziyyətə görə növbəti 4 iş günü ərzində təqdim edilirdi.

Bundan başqa, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasında aparılacaq. İndiyədək düzəlişlər yazılı müraciət və məhkəmə qərarı əsasında aparılırdı.

Həmçinin bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunacaq.

Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 ay sonra qüvvəyə minəcək, qüvvəyə minənə qədər ödənilməmiş bütün kreditlərə şamil ediləcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.скачать dle 11.3

Son xəbərlər