Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Amnistiya ilə çıxdı, ətçəkən və "Tefal" oğurlayıb yenidən həbsə düşdü

03.11.2026 21:24 207
Amnistiya ilə çıxdı, ətçəkən və
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib.

1993-cü ildə Bakı şəhərində anadan olmuş F.H. Nizami rayonunda yerləşən yaşayış binasının blokundakı dolabdan ətçəkən maşın, “Tefal” markalı çaydan və mikser oğurlamaqda təqsirli bilinib.

Hadisə Ş.Mirzəyev küçəsi 68A ünvanında baş verib. Məhkəmənin müəyyən etdiyi hallara görə, F.H. dolabın qıfılını qıraraq saxlanc yerinə daxil olub və ümumilikdə 600 manat dəyərində əşyaları götürüb.

F.H. məhkəmədə ittihamı qismən qəbul edib. O, ətçəkən maşın və çaydanı götürdüyünü, lakin mikser oğurlamadığını iddia edib. Həmçinin dolabın qıfılını sındırmadığını bildirib. Zərərçəkmiş isə bütün əşyaların dolabdan yoxa çıxdığını və ona dəymiş ziyanın ödənilmədiyini deyib.

Araşdırma zamanı məlum olub ki, F.H. 2025-ci ildə oğurluq və narkotiklə bağlı cinayətlərə görə 2 il 2 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası azaldılaraq 1 il 11 ay 24 gün müəyyən edilib və amnistiya aktı ilə azadlığa buraxılıb.

Lakin azadlığa çıxdıqdan sonra yenidən cinayət törədib. Bundan başqa, barəsində araşdırma aparıldığı müddətdə xırda talamaya görə iki dəfə inzibati həbs cəzası aldığı da üzə çıxıb.

Məhkəmənin hökmü ilə F.H. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki tutulma müddəti nəzərə alınmaqla, üzərində 2 il 6 ay 28 gün həbs cəzası saxlanılıb. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
//qaynar.az

Son xəbərlər