Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək?

05.11.2026 14:46 228
Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək?
Ardıcıl iki il ümumilikdə 270 gündən, hər il isə 90 gündən artıq Azərbaycanda olan şəxslərin vergi rezidenti hesab edilməsi təklif olunur.

Bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin Azərbaycan Respublikasının vergi rezidenti hesab edilməsi üçün əsas meyar onun təqvim ilində üst-üstə 182 gündən artıq Azərbaycanın ərazisində faktiki olmasıdır.

Bununla belə, yalnız 182 günlük fiziki iştirak meyarının tətbiqi şəxsin Azərbaycan Respublikası ilə davamlı və əhəmiyyətli faktiki bağlılığının mövcud olduğu bütün halları əhatə etməyə imkan vermir.

Beynəlxalq, o cümlədən Avropa ölkələrinin təcrübəsi göstərir ki, fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi yalnız təqvim ilində 183 günlük fiziki iştirak meyarı ilə məhdudlaşmır. Bir sıra ölkələrdə şəxsin ölkə ilə davamlı bağlılığının müəyyən edilməsi məqsədilə bir neçə ili əhatə edən məcmu fiziki iştirak müddəti, əvvəlki illərdə ölkədə olma müddəti, habelə daimi və ya adi yaşayış yeri, həyati maraqların mərkəzi və digər bağlılıq meyarları nəzərə alınır.

Bu zaman iki il üzrə ümumilikdə 270 günlük hədd şəxsin ölkədə əhəmiyyətli müddətdə faktiki iştirakını, hər bir ildə azı 90 günlük minimum tələb isə həmin iştirakın yalnız bir ildə cəmlənmədiyini və ardıcıl illər üzrə davamlı xarakter daşıdığını təsdiq edir. Başqa sözlə, minimum 90 günlük tələb meyarın ölkədə epizodik və ya birdəfəlik uzunmüddətli olan şəxslərə deyil, Azərbaycan Respublikası ilə ardıcıl dövrlər üzrə sabit fiziki bağlılığı formalaşmış şəxslərə tətbiq edilməsini təmin edir.

Təklif olunan yanaşmanın digər mühüm üstünlüyü onun obyektiv, ölçülə bilən və inzibatçılığı nisbətən sadə meyar olmasıdır. Həyati maraqların mərkəzi, daimi yaşayış yeri, iqtisadi və şəxsi əlaqələr kimi meyarların tətbiqi ayrı-ayrı hallarda şəxsin əmlak, məşğulluq və digər münasibətlərinin araşdırılmasını və qiymətləndirilməsini tələb etdiyi halda, fiziki iştirak müddəti sərhədkeçmə məlumatları əsasında müəyyən edilə bilər.

Eyni zamanda, dəyişiklik fiziki şəxsin ölkədə qalma müddətini ardıcıl illər üzrə 182 günlük həddən aşağı saxlamaqla, faktiki olaraq Azərbaycan Respublikası ilə davamlı bağlılığa malik olduğu halda rezidentlik meyarından kənarda qalması imkanını məhdudlaşdıracaq.

Vergi rezidentliyi fiziki şəxsin vergi öhdəliklərinin, o cümlədən vergitutma hüququnun əhatə dairəsinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıdığından, belə halların daha düzgün əhatə olunması vergitutma bazasının qorunmasına və rezidentlik statusundan asılı vergi öhdəliklərinin daha düzgün müəyyən edilməsinə xidmət edəcək.

Son xəbərlər