Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi |
Mojo.az Avto
Mojo.az Avto

Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF

05.11.2026 20:10 291
Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasının növbəti mərhələsində əməkhaqqına tətbiq edilən əlavələrin hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb. Məlumata görə, 2027-ci ildən başlayacaq təkrar sertifikatlaşdırma mərhələsində hazırda tətbiq olunan 10 və 35 faizlik əməkhaqqı əlavələrinin vahid əmsalla əvəzlənməsi təklif edilir. Günay Ələkbərova bildirib ki, sertifikatlaşdırmanın ilk beşillik mərhələsinin başa çatması təhsil sistemi üçün mühüm mərhələdir. Növbəti dövrdə qiymətləndirmə və əməkhaqqı mexanizmlərinə yenidən baxılması mümkündür. Hazırda sertifikatlaşdırmada əldə edilən nəticələrə uyğun olaraq müəllimlərin əməkhaqqına 10 və ya 35 faiz əlavə tətbiq olunur. Yeni mexanizmin necə olacağı ilə bağlı isə hələlik yekun qərar qəbul edilməyib.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Median.Az-a açıqlamasında deyib ki, sertifikasiya imtahanının nəticələrinə əsasən müəllimlərin əməkhaqqına tətbiq edilən əlavələrdə müəyyən dəyişikliklərə ehtiyac var:

“Hazırda 30 baldan yuxarı nəticə göstərən müəllimlərə 10 faiz, 50 baldan yuxarı nəticə göstərənlərə isə 35 faiz əlavə ödənilir. Lakin bu yanaşma sosial bərabərliyin təmin olunması baxımından müəyyən suallar yaradır. Təsəvvür edin ki, 49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında cəmi iki bal fərq var. Eyni ümumtəhsil məktəbində çalışan, demək olar ki, eyni nəticə göstərən iki müəllimin əməkhaqqı arasında bu qədər ciddi fərqin yaranması, fikrimcə, düzgün yanaşma deyil. Cəmi bir-iki bal fərqə görə müəllimlər arasında əməkhaqqı fərqinin bu səviyyədə olması sosial ədalət prinsipləri ilə uzlaşmır. Məhz buna görə də təklif etmişdim ki, müəllimlərin əməkhaqqına əlavə sertifikasiya imtahanında topladıqları bala uyğun olaraq mərhələli şəkildə müəyyənləşdirilsin. Məsələn, 30 bal toplayan müəllimə 10 faiz, 35 bal toplayana 15 faiz, 40 bal toplayana 20 faiz, 45 bal toplayana isə müvafiq olaraq daha yüksək faizdə əlavə verilsin. Bu cür yanaşma müəllimlərin nəticələrini daha obyektiv qiymətləndirməyə və əməkhaqqı fərqlərinin daha ədalətli tənzimlənməsinə imkan yarada bilər. Hazırkı sistemdə isə müəyyən dəyişikliklərin aparılmasına ehtiyac olduğunu düşünürəm”.

O qeyd edib ki, rayon və kənd məktəblərində çalışan müəllimlər üçün əlavə güzəştlər və sosial dəstək mexanizmləri tətbiq edilməlidir:
“Xüsusilə nəqliyyat və kommunal xərclərin qarşılanması istiqamətində müəyyən dəstəyin göstərilməsi vacibdir. Bu gün rayon və kənd məktəblərində müəllim çatışmazlığı müşahidə olunur. Bunun əsas səbəblərindən biri müəllimlərin daha çox mərkəzi şəhərlərdə işləməyə üstünlük verməsi, ucqar rayon və kəndlərə getməkdə maraqlı olmamasıdır. Bu problemin həlli üçün müəllimlərin həmin ərazilərdə işləməsini stimullaşdıran əlavə mexanizmlər yaradılmalıdır. Hazırda tətbiq edilən H1 və H2 kimi stimullaşdırıcı mexanizmlər isə gözlənilən müsbət təsiri tam göstərmir. Çünki bu istiqamətdə təklif olunan güzəştlər arasında kifayət qədər ciddi fərq yoxdur. Ona görə də mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Ümumilikdə, müəllimlərin əməkhaqqının artırılmasını vacib hesab edirəm. Xüsusilə növbəti tədris ilindən dərs saatı əsaslı əmək fəaliyyətindən iş saatı əsaslı sistemə keçid nəzərdə tutulur. Bu, kifayət qədər müsbət və beynəlxalq təcrübəyə uyğun təşəbbüsdür. Çünki bir çox ölkələrdə müəllimlərin fəaliyyəti yalnız keçdikləri dərs saatları ilə deyil, ümumi iş vaxtı ilə qiymətləndirilir. Azərbaycanda da bu modelə keçidi dəstəkləyirəm”.

Onun sözlərinə görə, yeni sistemdə müəllimin, məsələn, səhər saat 09:00-dan 17:00-dək və ya müəyyən ediləcək digər iş qrafikinə uyğun olaraq məktəbdə olması nəzərdə tutulursa, bu, onun əməkhaqqında da öz əksini tapmalıdır:
“Müəllim bütün iş vaxtını məktəbdə keçirəcəksə və həmin müddətdə başqa fəaliyyətlə məşğul olmaq imkanı olmayacaqsa, aldığı əməkhaqqı onun normal yaşayışını və dolanışığını təmin etməlidir. Həm sertifikasiya nəticələrinə görə əməkhaqqına əlavələrin hesablanması, həm də iş saatı əsaslı yeni əmək modelinə keçidlə əlaqədar müəllimlərin maddi təminatı yenidən nəzərdən keçirilməlidir. Xüsusilə 10 və 35 faizlik əlavələr arasındakı kəskin fərq aradan qaldırılmalı, daha ədalətli və mərhələli sistem tətbiq olunmalıdır. Yaxın gələcəkdə bu məsələlər tənzimlənəcək və müvafiq addımlar atılacaq”.

Son xəbərlər