Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 16:44 Sabah güclü külək əsəcək - Xəbərdarlıq | 14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda çips niyə vergiyə cəlb olundu?

06.11.2026 13:02 348
Azərbaycanda çips niyə vergiyə cəlb olundu?
Azərbaycanda çipsin vergiyə cəlb olunmasının səbəbi açıqlanıb.

Bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı danışıb.

O bildirib ki, şirniyyatlaşdırılmış mineral qazlı içkilər aksizli malların dairəsinə daxil edilir:

"Bu cür məhsullar müxtəlif ölkələrin təcrübəsində çox geniş yayılmış dünya praktikadır və nəzərdə tutulmuş aksizin dərəcəsi spesifik hesablanma qaydasında, yəni istehsal edilmiş məhsulun həcminin hər litrinə görə 10 qəpik məbləğində aksiz tətbiq ediləcəkdir. Eyni zamanda çipslər aksizli malların dairəsinə daxil edilir. Çipslərə münasibətdə isə bir kq-ya bir manat məbləğində aksizin tətbiqi nəzərdə tutulur. Əlbəttə ki, bu cür məhsullar ümumilikdə götürüldükdə həm də zərərli mallar kateqoriyasına daxil edilir. Ancaq məqsəd burada o deyil, əsas həm də bu cür məhsullar üzərində beynəlxalq təcrübədə geniş yayılmış praktikanın - vergi siyasətinin tətbiq edilməsidir".

Son xəbərlər