Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA
Kənd məktəblərində müəllim çatışmazlığının aradan qaldırılması və gənc mütəxəssislərin regionlarda işləməyə təşviq edilməsi təhsil sisteminin qarşısında duran əsas məsələlərdəndir. 2027-ci ildə bu məqsədlə 20,9 milyon manat vəsaitin ayrılması, 12,6 mindən çox gənc mütəxəssisin müxtəlif həvəsləndirmə tədbirləri ilə əhatə olunması nəzərdə tutulur. Bəs ayrılan vəsait kənd məktəblərində müəllim çatışmazlığının aradan qaldırılmasına nə dərəcədə təsir göstərə bilər?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Median.Az-a açıqlamasında bildirib ki, coğrafi məkan fərqliliklərinin təhsildə yaratdığı qeyri-bərabərliyin minimuma endirilməsi və regionlarda fəaliyyət göstərən məktəblərin yüksək ixtisaslı kadrlarla təminatı dövlətin prioritet hədəfləri sırasındadır:
“Maddi imtiyazlar regiona getmək üçün ilkin stimul və motivasiya olsa ds orada daimi qalmağı şərtləndirən amillər tamamilə fərqli sosial-peşəkar faktorlarla bağlıdır. Təcrübələr onu da göstərir ki, gənc kadrların adətən 3–5 illik müqavilə öhdəlikləri başa çatdıqdan sonra yenidən böyük şəhərlərə köçməyə meyilli olurlar. Deməli, gənc müəllimlərin kənd icmalarında daxili motivasiya ilə fəaliyyətini davam etdirməsi üçün dövlət səviyyəsində sistemli və əhatəli bir sosial-korporativ mühit formalaşdırılmalıdır. Müəllimlərin uzunmüddətli regional fəaliyyətini təmin etmək məqsədilə sadəcə kirayə dotasiyaları ilə kifayətlənməyib, daha fundamental stimullar tətbiq edilməlidir. Bura ucqar kəndlərdə dövlət təminatlı xidməti mənzillərin inşası və güzəştli ipoteka proqramlarının yaradılması daxildir. Peşəkar inkişaf baxımından isə kənd məktəblərində çalışan gənclərə magistratura və doktorantura kimi ali elmi pillələrə qəbul zamanı xüsusi güzəştli kvotaların ayrılması və xarici ölkələrdə ixtisasartırma proqramlarında onlara üstünlük verilməsi vacibdir. Regional izolyasiya problemini aradan qaldırmaq üçün kəndlərdə rəqəmsal infrastruktur gücləndirilməli, həmçinin xüsusi coğrafi mövqeyə malik ucqar məktəblər üçün diferensiallaşdırılmış, daha yüksək əmsallı əməkhaqqı mexanizmi işə salınmalıdır. Qabaqcıl dünya praktikasında regional kadr çatışmazlığı problemi bir-biri ilə inteqrasiya olunmuş modellər vasitəsilə tənzimlənir. Finlandiya və Cənubi Koreya təhsil sistemlərində ucqar əyalətlərdə pedaqoji fəaliyyət göstərmək karyera pilləkənində sürətli yüksəlişin və peşəkar nüfuzun əsas şərti hesab olunur. Eləcə də, xüsusilə Cənubi Koreyada rotasiya sisteminə əsasən regionlarda çalışan şəxslərə daha tez xidməti status və inzibati rütbələr verilir. Avstraliyada çətin relyefli ərazilərə yollanan müəllimlərə mütəmadi olaraq mərkəzi şəhərlərə ödənişsiz uçuş hüququ və ailə üzvlərinin tam sığortalanması təklif edilir, ABŞ-da isə xüsusi regional təhsil proqramları çərçivəsində ucqarlarda çalışan gənclərin tələbəlik dövründən qalan təhsil borcları dövlət tərəfindən tamamilə qapadılır.
Hesab edirəm ki, 2027-ci il büdcəsindən ayrılan 20,9 milyon manatlıq resurs regional kadr təminatında mühüm əhəmiyyət kəsb edir. Lakin bu vəsaitdən maksimum səmərə əldə etmək üçün layihəyə sadəcə birdəfəlik sosial kompensasiya aləti kimi deyil, gənc müəllimin kənd yerində sosial-iqtisadi dayanıqlığını təmin edən genişmiqyaslı yanaşma kimi baxılmalıdır. Yalnız maddi yardımların peşəkar statusun artırılmasına yönəlmiş institusional islahatlarla sintezi kənd məktəblərindəki kadr problemini kökündən və birdəfəlik həll edə bilər”.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Median.Az-a açıqlamasında bildirib ki, coğrafi məkan fərqliliklərinin təhsildə yaratdığı qeyri-bərabərliyin minimuma endirilməsi və regionlarda fəaliyyət göstərən məktəblərin yüksək ixtisaslı kadrlarla təminatı dövlətin prioritet hədəfləri sırasındadır:
“Cari büdcə proqnozlarına əsasən, 2027-ci ildə regionlara üz tutan 12,6 mindən çox gənc mütəxəssisin stimullaşdırılmasına 20,9 milyon manat həcmində vəsaitin ayrılması bu strateji xəttin praktiki təzahürüdür. Lakin elmi-sosioloji və iqtisadi meyarlar baxımından yanaşdıqda, sadəcə büdcə artımının kənd məktəblərindəki müəllim qıtlığını fundamental şəkildə ortadan qaldırıb-qaldırmayacağı məsələsi daha dərin, çoxşaxəli bir mexanizm olaraq ciddi təhlil tələb edir. Ayrılması nəzərdə tutulan bu maliyyə paketi ilkin növbədə kənd rayonlarında pedaqoji fəaliyyətə başlayan gənclərin yerləşmə, nəqliyyat, mənzil kirayəsi və kommunal ehtiyaclar kimi elementar məişət xərclərini sığortalamağa və maaşlarına müəyyən əlavələr etməyə xidmət edəcək. Sözsüz ki, belə bir yanaşma yaxın gələcəkdə regionlardakı vakant yerlərin sürətlə dolmasına rəvac verəcək və gənc müəllimləri maliyyə təminatına ciddi töhfə verəcəkdir. Bununla belə, mövcud vəsaiti hədəf kütləsinin sayına böldükdə hər bir mütəxəssisə düşən illik əlavə təqribən 1650 manat təşkil edir ki, bu da kənd mühitində ilkin yaşayış xərclərinə dəstək olsa da, gənc, perspektivli və savadlı bir müəllimi uzun illər boyu həmin regiona bağlayacaq yeganə motivasiya aləti rolunda çıxış edə bilməz”.
O qeyd edib ki, təkcə pul kompensasiyaları mütəxəssis sabitliyini təmin etmək gücündə deyil:“Maddi imtiyazlar regiona getmək üçün ilkin stimul və motivasiya olsa ds orada daimi qalmağı şərtləndirən amillər tamamilə fərqli sosial-peşəkar faktorlarla bağlıdır. Təcrübələr onu da göstərir ki, gənc kadrların adətən 3–5 illik müqavilə öhdəlikləri başa çatdıqdan sonra yenidən böyük şəhərlərə köçməyə meyilli olurlar. Deməli, gənc müəllimlərin kənd icmalarında daxili motivasiya ilə fəaliyyətini davam etdirməsi üçün dövlət səviyyəsində sistemli və əhatəli bir sosial-korporativ mühit formalaşdırılmalıdır. Müəllimlərin uzunmüddətli regional fəaliyyətini təmin etmək məqsədilə sadəcə kirayə dotasiyaları ilə kifayətlənməyib, daha fundamental stimullar tətbiq edilməlidir. Bura ucqar kəndlərdə dövlət təminatlı xidməti mənzillərin inşası və güzəştli ipoteka proqramlarının yaradılması daxildir. Peşəkar inkişaf baxımından isə kənd məktəblərində çalışan gənclərə magistratura və doktorantura kimi ali elmi pillələrə qəbul zamanı xüsusi güzəştli kvotaların ayrılması və xarici ölkələrdə ixtisasartırma proqramlarında onlara üstünlük verilməsi vacibdir. Regional izolyasiya problemini aradan qaldırmaq üçün kəndlərdə rəqəmsal infrastruktur gücləndirilməli, həmçinin xüsusi coğrafi mövqeyə malik ucqar məktəblər üçün diferensiallaşdırılmış, daha yüksək əmsallı əməkhaqqı mexanizmi işə salınmalıdır. Qabaqcıl dünya praktikasında regional kadr çatışmazlığı problemi bir-biri ilə inteqrasiya olunmuş modellər vasitəsilə tənzimlənir. Finlandiya və Cənubi Koreya təhsil sistemlərində ucqar əyalətlərdə pedaqoji fəaliyyət göstərmək karyera pilləkənində sürətli yüksəlişin və peşəkar nüfuzun əsas şərti hesab olunur. Eləcə də, xüsusilə Cənubi Koreyada rotasiya sisteminə əsasən regionlarda çalışan şəxslərə daha tez xidməti status və inzibati rütbələr verilir. Avstraliyada çətin relyefli ərazilərə yollanan müəllimlərə mütəmadi olaraq mərkəzi şəhərlərə ödənişsiz uçuş hüququ və ailə üzvlərinin tam sığortalanması təklif edilir, ABŞ-da isə xüsusi regional təhsil proqramları çərçivəsində ucqarlarda çalışan gənclərin tələbəlik dövründən qalan təhsil borcları dövlət tərəfindən tamamilə qapadılır.
Hesab edirəm ki, 2027-ci il büdcəsindən ayrılan 20,9 milyon manatlıq resurs regional kadr təminatında mühüm əhəmiyyət kəsb edir. Lakin bu vəsaitdən maksimum səmərə əldə etmək üçün layihəyə sadəcə birdəfəlik sosial kompensasiya aləti kimi deyil, gənc müəllimin kənd yerində sosial-iqtisadi dayanıqlığını təmin edən genişmiqyaslı yanaşma kimi baxılmalıdır. Yalnız maddi yardımların peşəkar statusun artırılmasına yönəlmiş institusional islahatlarla sintezi kənd məktəblərindəki kadr problemini kökündən və birdəfəlik həll edə bilər”.
