Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır

23.10.2026 12:48 369
Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 5 milyard 98 milyon 986 min manat vəsait ayrılması planlaşdırılır.

Bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Gələn il təhsil xərclərinin 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 82 milyon 589 min manat və ya 1.6 faiz artırılması nəzərdə tutulur.

2026-cı ilin dövlət büdcəsində təhsil sahəsinə 5 milyard 16 milyon 398 min manat ayrılıb.

Layihəyə əsasən, 2027-ci ildə ümumi təhsilə 2 milyard 185 milyon 407 min manat, məktəbəqədər təhsilə 434 milyon 774 min manat, ali təhsilə 240 milyon 553 min manat, peşə təhsilinə isə 115 milyon 405 min manat yönəldilməsi planlaşdırılır.

Müqayisə üçün bildirək ki, 2026-cı ildə ümumi təhsilə 2 milyard 414 milyon 835 min manat, məktəbəqədər təhsilə 468 milyon 192 min manat ayrılıb.

2027-ci ildə təhsil üzrə ümumi xərclərin artmasına baxmayaraq, ümumi təhsilə ayrılan vəsaitin 229,4 milyon manat və ya 9.5 faiz, məktəbəqədər təhsilə ayrılan vəsaitin isə 33.4 milyon manat və ya 7.1 faiz azaldılması nəzərdə tutulur.//oxu.az

Son xəbərlər