Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri

27.10.2026 22:37 306
Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri
Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində energetika naziri Pərviz Şahbazov çıxış edib.

Energetika Nazirliyindən bildirilib ki, nazir Sammit iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb.

Çıxışda rəqəmsal iqtisadiyyatın inkişafı və fasiləsiz elektrik təchizatına tələbatın yüksəlməsinin təbii qazın enerji sistemlərində etibarlılıq və çevikliyin təminatçısı kimi rolunu gücləndirdiyi vurğulanıb.

Qeyd edilib ki, qlobal qaz bazarında rəqabət qabiliyyəti artıq yalnız qiymətlə deyil, təchizatın davamlılığı və marşrutların təhlükəsizliyi ilə də müəyyən olunur. Etibarlı enerji təchizatı üçün hasilat və nəql infrastrukturuna vaxtında investisiyaların yatırılması, uzunmüddətli müqavilələr, aydın bazar perspektivləri və əlçatan maliyyələşdirmə mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın enerji siyasətindən bəhs edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin yeni təchizat marşrutları, bazarların şaxələndirilməsi və uzunmüddətli tərəfdaşlıq baxımından strateji əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, 20 ilə yaxındır qaz ixrac edən Azərbaycan son 6 il ərzində Avropa bazarında təchizat coğrafiyasını genişləndirərək Mərkəzi Avropaya, eləcə də Yaxın Şərqə çıxış əldə edib. Hazırda 16 ölkəyə qaz tədarük edən Azərbaycan boru kəmərləri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada ön sıralarda yer alır. İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyarddan, Gürcüstana 37 milyarddan çox, Suriyaya isə 1,7 milyard kubmetr qaz ixrac edilib.

Nazir Azərbaycanın enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyətin uzlaşdırılmasına əsaslanan siyasət həyata keçirdiyini bildirib. Azərbaycan Prezidentinin yaşıl keçidə sadiqliyin enerji reallıqlarına praqmatik yanaşma ilə tamamlanmasının vacibliyinə dair mövqeyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan təbii qaz və bərpaolunan enerji mənbələrini paralel inkişaf etdirməklə daxili enerji təchizatını gücləndirir, ixrac üçün əlavə resurslar formalaşdırır.

Sonda Azərbaycanın GECF çərçivəsində əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı faydalı enerji tərəfdaşlığının inkişafına sadiqliyi ifadə olunub.

Son xəbərlər