Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

29.10.2026 11:33 147
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Median.Az
AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə sizə və sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.

Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər